Ceyhun Bayramov: "Şuşa Bəyannaməsi iki ölkə arasında bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsidir

Ceyhun Bayramov: Şuşa Bəyannaməsi iki ölkə arasında bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsidir.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.
Anadolu Agentliyinin Türkiyə Respublikasının 100 illiyi layihəsi çərçivəsində reallaşdırılan müsahibədə nazir Ceyhun Bayramov Türkiyə Respublikasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb, qeyd olunan tarixin yalnız Türkiyə üçün deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyi olduğunu bildirib.
Türkiyənin bu gün müxtəlif istiqamətlərdə bütün dünyaya liderliyini nümayiş etdirən, beynəlxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran, ölkə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşməsinə baxmayaraq bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edən bir dövlət olduğunu qeyd edib.
Qardaş Türkiyənin dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdən biri kimi bu gün beynəlxalq miqyasda uğurlu vasitəçilik siyasəti həyata keçirdiyini diqqətə çatdırıb.
C.Bayramov son illər sürətlə inkişaf edən Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələri barədə fikirlərini bölüşüb. Türkiyənin ölkəmizin müstəqilliyini ilk tanıyan ölkə olduğunu məmnunluqla xatırladan nazir qardaş ölkə ilə mövcud tarixi, mədəni, milli və dini bağlılıqlardan söz açıb.
Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir kəlamlarına istinad edən nazir strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin arxasında xalqlarımızın iradəsinin, liderlərimizin qardaşlıq münasibətlərinin dayandığını, Türkiyənin siyasi və mənəvi dəstəyinin daima gücümüzə güc qatdığını xüsusilə vurğulayıb.
Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunan nazir qeyd olunan sənədi iki ölkə arasında bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsi kimi xarakterizə edib, bu xüsusda reallaşdırılan mühüm nəqliyyat layihələri, mövcud əməkdaşlıq perspektivlərindən söz açıb.
Həmçinin, müsahibəsində Ce.Bayramov Azərbaycan və Türkiyə arasında bir-birinə qarşılıqlı dəstək məsələlərinə toxunaraq ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal rolundan, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarında genişlənən əməkdaşlığımızdan bəhs edib.
Şuşa bəyannaməsinin həyata keçirilməsi ilə mövcud imkanların daha da genişləndiriləcəyinə əminliyini ifadə edib. / azxeber.com

Siyasi       Tarix: 28 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler