Ceyhun Bayramov Türkiyə səfiri ilə görüşdü
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.
Azxeber.com xəbər verir ki, tərəflər iki ölkə arasında ən yüksək səviyyədə inkişaf edən qarşılıqlı əməkdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
2021-ci ilin hər iki dövlət üçün həm ikitərəfli münasibətlərin inkişafı baxımından, həm də regional və qlobal müstəvilərdə olduqca zəngin və diplomatiya ağırlıqlı bir il olduğu qeyd edilib, qarşıdan gələn ildə bu münasibətlərin daha da irəli aparılması üçün səylərin səfərbər ediləcəyi vurğulanıb.
Cahit Bağcı gələn ilin martında təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu Ceyhun Bayramova təqdim edib.
Görüşdə tərəflər Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələlərini, həmçinin hər iki dövlətin təşəbbüsü və birgə iştirakı ilə həyata keçirilən layihələri, eləcə də 3+3 formatında bu yaxınlarda ilk görüşü, baş tutan regional məsləhətləşmələr mexanizmi, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının perspektivlərini müzakirə ediblər.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı