Ceyhun Bayramov Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələləri AÇIQLADI
"ABŞ bu prosesin irəliləməsində və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında çox maraqlıdır".
Bunu ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Report"un yerli bürosuna açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Vaşinqton şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşdə rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin baza prinsipləri ilə bağlı təklifinə cavabını təqdim edib.
"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan liderləri xarici işlər nazirlərinə iki ölkə arasında imzalanacaq sülh müqaviləsi üzrə danışıqlara başlamaq barədə tapşırıq veriblər. Həmin tapşırığa uyğun olaraq Azərbaycan tərəfi öncədən də təqdim edilmiş baza prinsiplərinə əsaslanan, onun daha geniş işlənmiş versiyasını oktyabr ayının 2-də Cenevrə şəhərində Ermənistan tərəfinə təqdim edib. Azərbaycanın versiyası əsasında ilkin danışıqlar aparılıb və Ermənistan həmin versiyaya baxmaq üçün əlavə vaxtın istəyib və müvafiq zaman ərzində cavabın hazırlanmasına dair fikrini bildirib. Təxminən bir həftə bundan öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə həmin sülh müqaviləsi əsasında Azərbaycan və Ermənistan arasında olan növbəti danışıqların Vaşinqtonda keçirilməsinə dair təklif təqdim edildi və həmin razılaşmaya əsasən Ermənistanın xarici işlər naziri ilə görüşümüz oldu", - C.Bayramov vurğulayıb.
XİN başçısının sözlərinə görə, görüşdə Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə təqdim etdiyi ilkin baza prinsipləri ilə bağlı öz cavabını və təkliflərini təqdim edib: "Eyni zamanda Ermənistan tərəfinin verdiyi təkliflər əsasında bu gün müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparıldı. Təbii ki, hər bir tərəf təkliflərini verir və onu əsaslandırır. Tərəflər arasında fikir müxtəlifliyi, yanaşmalarda fərqliliklər var. Ancaq, bu əngəl deyil, proses və bu danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövrdən sonra Azərbaycan tərəfi növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək. Növbəti görüş barədə hələ ki konkret bir fikir yoxdur. Düşünürük ki, bu proses davam etməlidir".
C.Bayramov, ABŞ-ın iki dövlət arasında davam edən diplomatik danışıqlarda iştirakını yüksək qiymətləndirib: "ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş oldu və bir sıra məsələlər və istiqamətlərə dair fikir mübadiləsi aparıldı. ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh müqaviləsinin imzalanması istiqamətində irəliləməsi və buradan yaxşı nəticələr əldə olunması ətrafında fikirlərini bölüşdü. Bildirdi ki, ABŞ bu prosesin irəliləməsində və Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında çox maraqlıdır. Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, görüşlərin keçirilməsi və yaradılan şərait çox yüksək səviyyədə idi. Görüş zamanı da ABŞ-ın dövlət katibi və onun komandasına öz təşəkkürümü bildirdim". / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü