Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub

Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olubAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
azxeber.com xəbər verir ki, C.Bayramov və F.Sinirlioğlu arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının hazırkı durumu və perspektivləri, regional inkişaflar və çağırışlar, postmünaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi kimi bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.
ATƏT məkanında təhlükəsizlik mühitinin gərgin və mürəkkəb olaraq qaldığı hazırkı vəziyyətdə Təşkilatın yeni şərtlərə çevik adaptasiya olunmasının, çoxtərəfli platforma kimi öz aktuallığını qoruyub saxlaması və öhdəliklərini yerinə yetirməsinin tələb olunduğu vurğulanıb.
Ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən ATƏT-in aktiv üzvlərindən biri olduğu diqqətə çatdırılıb, xüsusilə hazırkı postmünaqişə dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların mövcudluğu diqqətə çatdırılıb.
C.Bayramov postmünaqişə dövründə bölgəmizdəki son inkişaflar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin yurdlarına qayıdışı, buna əngəl törədən mina təhdidi ilə mübarizə sahəsində görülən işlər barədə tərəf müqabilinə məlumat verib.
Postmünaqişə dövründə ATƏT-in Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış sursatlardan təmizlənməsi, həmin ərazilərdə ətraf mühit vəziyyətinin qiymətləndirilməsi kimi istiqamətlər üzrə müvafiq dəstək layihələri vasitəsilə bərpa və yenidənqurma fəaliyyətlərində rol ala biləcəyi ifadə olunub.
Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunularaq tərəflər arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların yekunlaşmasından sonrakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Sülh sazişinin imzalanması üçün əsas şərtlər qismində Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı qüvvədə qalan ərazi iddialarının aradan qaldırılması və eləcə də münaqişənin bitməsi nəticəsində tarixə qovuşmuş, öz əhəmiyyətini itirmiş Minsk Qrupu, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi, YüksəkSəviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının ləğv edilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
C.Bayramov və F.Sinirlioğlu daha sonra mətbuat brifinqində apardıqları müzakirələrin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olubCeyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub

Siyasi       Tarix: 26 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber bugünki xəbərlər cəbhədən yeni xəbərlər sou xeberler