Ceyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEO

Ceyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEOCeyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEO
Son 30 ildə ilk dəfə olaraq azad edilmiş, lakin tamamilə viran olunmuş Füzuli şəhərinin xarabalıqlarında sülh və xeyirxahlığa səsləyən ecazkar musiqi səsləndi. Füzuli rayonunda bir vaxtlar Mədəniyyət Mərkəzi olan binanın dağıntıları yaxınlığında Azərbaycanın Dövlət Simli Kvartetinin birinci skripkası Ceyla Seyidovanın Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa etdiyi barədə video dərhal populyarlıq qazandı.
Media.Az musiqiçi ilə azad edilmiş ərazilərə səfər təəssüratları barədə söhbət etdi.
C.Seyidova Füzuli bölgəsinə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərlə birlikdə getdiyini bildirdi. Onun sözlərinə görə, nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət edib.
"Səfərin məqsədi beynəlxalq ictimaiyyəti ermənilərin Füzuli bölgəsinə vurduğu zərərin nəticələri ilə tanış etmək idi. Bu qədər yüksək şərəfə - Füzulidə çıxış edən ilk musiqiçi olmağıma görə çox şadam", - deyə skripkaçı vurğulayıb.
İfa etmək üçün "Şindlerin siyahısı" filmindən bir kompozisiya, Fikrət Əmirovun "Bulaq başında" bəstəsini və Antonio Vivaldinin konsertinin üçüncü hissəsini seçən C.Seyidova musiqi ilə dünyaya hər şeyin yenidən bərpa ediləcəyi və buranın 30 il əvvəlki qaynar həyata dönəcəyi ismarıcını verdiklərini bildirib.
"Bu səyahət zamanı kədərdən sevinc hissinə qədər emosiyalarım aşıb-daşırdı. Füzulidə ətrafa baxmaqdan qorxurdum, çünki şəhərdə salamat bina qalmamışdı. İşğalçıların getdiyi hər yerdə dağıntılar və yandırılmış torpaq görünürdü", - deyə ifaçı təəsüratlarını bölüşdü.
O, torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar Ali Baş Komandan, Prezident İlham Əliyevə, həmçinin hərbçilərə dərin minnətdarlığını bildirib, şəhidlərin yaxınlarına başsağlığı verdi.
"Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməyin xəyalını qururam, amma bu dəfə dahi bəstəkarlarımızın musiqisinin səslənəcəyi yeni inşa edilmiş konsert məkanında", - deyə o, vurğuladı.
Müsahib bunun tezliklə baş verəcəyinə əminliyini bildirdi.
"Tamaşaçılar musiqi vasitəsilə ötürdüyüm bütün ağrıları duydu və hiss etdi. Onların gözlərində yaş var idi. Dağıntılar arasında sənət özlüyündə çox simvolikdir. Bu, sülhə və xeyirxahlığa bir mesaj, erkən bərpa simvolu, musiqinin burada səslənməyə davam edəcəyinə işarədir", - deyə Ceyla Seyidova qeyd etdi.

Ceyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEOCeyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEOCeyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEOCeyla Seyidova: Arzum bərpa olunan Füzulidə böyük bir konsert proqramı ilə çıxış etməkdir - FOTO+VİDEO

Sosial       Tarix: 28 noyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat ən son xəbər