Ceyms Vilson: "Fransa əslində Rusiyanın əlinə oynayır"

Ceyms Vilson: "EU Reporter" internet saytında amerikalı jurnalist Ceyms Vilsonun məqaləsi dərc olunub. Məqalə Fransanın dünyanın müxtəlif regionlarında apardığı destruktiv siyasətlə bağlıdır.
Həmin materalı KONKRET.az oxucuların diqqətinə çatdırır.
"Fransa Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyanı silahla təmin etməklə həmin regionlarda qeyri-sabitlik yaradır. Bununla belə, Şimali və Qərbi Afrikada siyasi təsir mexanizmilərini itirir. Fransanın müdafiə naziri Sebastyan Lekornunun sözlərinə görə, "Hizbullah" terror təşkilatının İsraili atəşə tutması səbəbindən Livanda vəziyyət pisləşir. Bu, Yaxın Şərqdə münaqişənin daha da kəskinləşməsinə səbəb ola bilər. Nə üçün Paris Livan ordusuna onlarla VAB zirehli transportyoru göndərmək qərarına gəlib? Lekornu iddia edir ki, bu maşınlar ölkə daxilində patrul missiyası həyata keçirən hərbçilərə kömək edəcək. Dünyada hər kəs "Hizbullah"ın terror təşkilatı olmasını bilir. Onu da bilirlər ki, terrorçular Livan ordusunun arsenalına daxil olan silahları dərhal öz bazalarına daşıyırlar. İsrailli ekspertlər də Fransanın Livan üzərindən "Hizbullah"a silah ötürməsini görür və fransızların bu addımından hiddətləniblər. İsrailin ALMA analitik mərkəzinin hesabatında deyilir: "Qərb hərbi texnikası, silah və sursatının "Hizbullah"ın əlinə keçməsi və İsrailə qarşı istifadə edilməsi riski var. Bu silahları Livan ordusuna ABŞ, Böyük Britaniya, Fransa və digər dövlətlər verib. Onların arasında tank əleyhinə raketlər, müşahidə avadanlığı və müxtəlif elektron sistemlər var. Çox güman ki, növbəti münaqişədə onlar İsrailə qarşı istifadə ediləcək".
Amerikalı ekspertlər isə hesab edir ki, Qərbin Livanı silahlandırması yeni bir şey deyil: "2016-cı ildə İsrail hökuməti "Hizbullah"ın ABŞ-ın Livana göndərdiyi zirehli transportyorlardan istifadə etdiyinə dair sübutlar təqdim edib. Başqa sözlə, Paris Livan Silahlı Qüvvələri adı altında terrorçuları silahlandırır".
Həmçinin qeyd olunub ki, Fransa artıq İranın müttəfiqi olan Ermənistana zirehli transportyorlar verib. Əslində fransızlar ermənilərə üç "Thales Ground Master 200" radar sistemi və "Mistral" zenit-raket kompleksləri satacağını öhdəsinə götürmüşdü. Ermənistanla Rusiya arasında hava hücumundan müdafiə sazişi mövcuddur və ruslar bununla Qərb texnikasını öyrənmək imkanı əldə edirlər. Ukrayna ilə müharibə aparan Rusiyanın arsenalında hərbi texnikaların sayı yetərincədir. Avropa isə Ukraynaya hərbi yardımı azaldıb. Deməli, qüvvələr balansı pozulub və Ukraynanın hücum etmək imkanı aşağı qiymətləndirilir.
İyulun 31-də Ukraynaya hərbi yardımı hesablayan Kiel İnstitutunun məlumatına görə, Fransa bir çox Aİ ölkələrindən geri qalır. Fransa Ukrayna müharibəsinə ÜDM-in cəmi 0,02 faizini təşkil edən 533 milyon avro ayırıb. Fransadan fərqli olaraq Almaniya 17 milyard avro və ya ÜDM-in 0,4 faizi, Britaniya isə 6,6 milyard avro və ya ÜDM-in 0,23 faizi qədər hərbi yardım göndərib. Hətta kiçik iqtisadi potensialına baxmayaraq Litva 715 milyon avro ayırıb. Bununla belə, fransalı qanunvericilər institutun metodologiyasını mübahisələndirir və hesab edirlər ki, Fransanın real dəstəyi 3,2 milyard avrodur. Bu arada İsrailin HƏMAS-la müharibəsi faktiki olaraq Qərbin diqqətini Yaxın Şərqə yönəldir. Ukrayna İsrailin tezliklə qələbə çalacağına ümid edir ki, Avropa bütün diqqətini Rusiyanı geri çəkməyə yönəldə bilsin.
Ukraynanın hərbi gücü artıq tükənib. Rusiyanın isə sovet dövründən qalma hərbi maşınlarla dolu nəhəng anbarları var. Bu hərbi maşınlar, xüsusilə zirehli texnikası getdikcə tükənən ordu ilə müqayisədə çox geniş imkanlara malikdir. Bu səbəbdən Ukrayna hərbi maşın və texnika üçün Qərbə üz tutur. Beləliklə, Ermənistan və Livana göndərilən zirehli transportyorlar Ukrayna cəbhəsində daha faydalı ola bilərdi. Bəs əslində bu siyasətin arxasında nə dayanır? Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada müstəqil oyunçu olmağa çalışan Fransa sadəcə olaraq Qərbin düşmənlərinin əlinə oynayır".
Vəli Həsənov
KONKRET.az

Siyasi       Tarix: 06 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler siyaseti xeberler bugun krimnal xeber