Çıldaq nədir - mövhumat, ya müalicə üsulu? - VİDEO

Çıldaq nədir - mövhumat, ya müalicə üsulu? - VİDEOÇıldaq nədir - mövhumat, ya müalicə üsulu? - VİDEO
Türkəçarənin bir növü hesab olunan çıldaq qədim zamanlardan qorxunu götürmək məqsədilə müalicə üsulu kimi istifadə olunub. Bakının Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahı el arasında daha çox "Çıldaq" kimi tanınır. Bir çox insan xüsusilə Bakı camaatı zaman-zaman öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün "çıldaq müalicəsi"nə üstünlük veriblər.
Bəs əslində Çıldaq necə edilməlidir? Və ya hər kəs çıldaq edə bilərmi? Uzun müddət bu işlə məşğul olan çıldaqçı qadın deyir ki, hər kəs bu işlə məşğul ola bilməz. Çıldaqçılıq irsən keçir insana. Müsahibimiz bildirir ki, onlarda da bu nəsildən-nəslə keçib. Çıldaqçı qadın deyir ki, müalicə üçün bura gələnlərin sayı kifayət qədərdir. Hətta bəzən həkimlər öz xəstələrini bizim yanımıza göndərirlər.
Söhbətimiz ərzində çıldaq etmə prosesinin necə aparıldığını da öyrəndik. Çıldaqçı qadın prosesi əyani şəkildə göstərərək işini belə izah etdi:
"Çıldaq zamanı müəyyən nöqtələrə xüsusi parçadan hazırlanmış köz vurulur. Həmin nöqtələr isə alında, oynaqlarda, topuqlarda, boyun nahiyəsində və qollarda olur. Bu zaman sinirlər ayılır, qan dövranı yaxşılaşır".
Burada sonuncu mərhələ isə şüşə qab sındırmaqdır. Belə ki, burada digər bir qadın qorxunun götürülməsini niyyət edərək butulkanı ziyarətçinin başına fırlayaraq təyin olunmuş yerə çırparaq sındırır. Bununla da proses başa çatmış hesab olunur.
Müsahibəmiz ərzində onu da öyrəndik ki, prosesi tamamilə bitirmək üçün bir insan üç dəfə çıldaq olunmalıdır. Onu da qeyd edək çıldaq müalicəsi tək sözügedən pirdə yox, Bakının bir çox yerlərində həyata keçirilir.

Sail Ağasəlim
Vasif Miradəmov /oxu.az

Sosial       Tarix: 04 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətin

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

107 ildə 27 rektor: BDU-ya kimlər rəhbərlik edib?

Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Universitetdə baş verən bu rəhbərli

Sumqayıtda qadını avtomobil vurdu

Sumqayıtda piyadanı avtomobil vurub. Hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən qadını VAZ markalı minik avtomobili vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırm

Müzəffər İsayev vəfat etdi

Azərbaycanda müəllim vəfat edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Müzəffər Əmirxan oğlu İsayev dünyasını dəyişib. /

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşları

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az cəbhədən ən son xəbərlər xeber valyuta mezenesi