Çimərlik zonasında mal-qara, kol-kos, antisanitar vəziyyət: Nabran niyə tərk edildi? - AÇIQLAMA + FOTO
Çimərlik zonasında mal-qara, kol-kos, antisanitar vəziyyət: Nabran niyə tərk edildi? - AÇIQLAMA + FOTO
Yay istirahət turizminin başlanmasına, ölkədə çimərlik mövsümünün start verilməsinə sayılı günlər qalıb.
Bir vaxtlar Azərbaycanın ən məşhur istirahət zonalarından biri olan Nabran sovet dövründən necə qalıbsa, eləcə də həmin şəkildə özünün miskin günlərini yaşayır.
Bizim.media Nabran ərazisinə yollanıb.
İndi burada yolların, çimərliklərin ətrafını kol-kos, qamışlıq basıb. Elə bil Afrikanın cəngəllik meşələrinə daxil olursan. Hələ sahil boyu baş alıb gedən antisanitariyanı demirik.
Bu sahillərdə bir ekoloji dram yaşanır. Bəlkə də ekoloji müharibənin son görüntüləri desək, daha doğru olar.
Təmizlik mərkəz hissələrdə, çimərlik hissələrdə nisbətən qənaətbəxş olsa da, üzü şimala doğru gedəndə vəziyyət dəyişir. Nabran çimərliyinin 3-cü Yalama adlanan ərazisində mal-qaranın çimərlik zolağında olması, məişət tullantılarının və çirkab sularının dəniz sularına qarışması gözdən qaçmır.
Mal-qaranın Nabran çimərliklərində peyda olması əvvəlki illərdə də dəfələrlə müşahidə olunub. Yerli bələdiyyələr aidiyyəti qurumlarla birgə heyvan sahiblərinə qarşı müəyyən tədbirlər görsə də, vəziyyət dəyişməyib.
Baxmayaraq ki, dövlət başçısı 2019-cu ildə Xaçmaza yeni icra başçı təyin etdiyi Elnur Rzayevi qəbul edərkən Nabranın yenilənməsi məsələsinə də toxunub:
"Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da unikal, təbii məkandır. Əlbəttə ki, turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu belə deyil. Mənim Xaçmaza son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın səviyyəsinə uyğun gəlmir, bir çox istirahət mərkəzləri primitivdir, xidmət səviyyəsi də çox aşağıdır".
Bir çox məmurdan fərqli olaraq, Xaçmazın icra başçısı Elnur Rzayev suallardan qaçmadı. Bildirdi ki, Nabranda yolboyu mövcud olan köhnə köşklərin 90 faiz yenilənməsi təmin edilib:
"Mövsüm ərzində çimərlik boyu sahil zolağının təmiz və səliqəli olması həmişə diqqətimizdə olub. Bu il də artıq mövsüm yaxınlaşır. Şöbə müdirimiz Nabranda olub, çimərliklərin iyunun 15-ə tam hazır olması üçün işlər gedir".
Elnur Rzayev onu da qeyd edib ki, iki il davam edən pandemiya hazırda gördüyünüz mənzərənin yaranmasına səbəb olub. İki il boyu kütləviliyin qadağan edilməsi burada olan infrastrukturun da baxımsız qalmasına şərait yaradıb.
Nabranın köklü şəkildə yenilənməsinə gəlincə isə, E.Rzayev bildirib ki, "iş adamlarımız, biznesmenlərimiz Nabrana sərmayə qoyub sahilboyu müasir istirahət mərkəzləri qurulması üçün müraciət edə bilərlər, biz onlara yaxından köməklik göstərəcəyik".

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi