Çimərliklərdə bu nəqliyyat vasitələrini sürmək QADAĞANDIR
Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır".
azxeber.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu cür nəqliyyat vasitələrinin və heyvanların insanların sıx olduğu istirahət zonalarında hərəkəti qanunla qadağandır:
"Çünki belə hallarda uşaqların, yaşlıların və digər istirahət edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altına düşür. Çimərliklərdə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər. Düşünün ki, ehtiyatsızlıqla bir uşağa zərər yetirsəniz, bunun mənəvi ağırlığını bir ömür boyu daşımalı olacaqsınız. İctimai asayişə və təhlükəsizliyə hər kəs məsuliyyətlə yanaşmalıdır. Unutmayaq ki, çimərlik istirahət üçündür, riskli hərəkətlər üçün deyil".
Qeyd edək ki, ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.
Tədbirlər çərçivəsində polis əməkdaşları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.
Eyni zamanda, çimərlik ərazisində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.

SENSASİYA: Trampla Netanyahu arasındakı "qara pişiyin" kimliyi BƏLLİ OLDU
"Ermənistan artıq hüquqi dövlət deyil" – Qarnik Danielyan
Qvardiola bu ölkəyə "yox" dedi
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Azərbaycan banklarının sosial şəbəkələrdəki reytinqi: Kim öndədir, kim geridə? - SİYAHI
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dünyadan 48 işıq ili uzaqlıqda tarixi kəşf: Elm dünyasında mühüm irəliləyiş
Hakan Fidan Sibiqa ilə Qara dənizin təhlükəsizliyini müzakirə etdi
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
Azərbaycan nefti 109 dolları keçdi