Çin kriptovalyutalar haqqında kitab buraxdı
Çin Kommunist Partiyası kriptovalyuta mövzusuna həsr edilmiş öz kitabını nəşr etdi. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin məktəbi kimi tanınan Mərkəzi Partiya Məktəbi yeni texnologiyalara (blockchain və süni intellekt) dair bir sıra kitablar nəşr etdirib. Növbəti belə kitab - "Partiya liderləri ilə kriptovalyutalar mövzusunda dialoq" adlanır.
Kitab kağız pulların yaranması tarixindən bəhs edir, sonra hazırkı pul-kredit sistemi haqqında məlumat verir, sonda isə müəlliflər bitcoin-in yaranma tarixini təsvir etməyə başlayır. Kitabda rəqəmsal valyutalar və onların gələcəyi, İCO və kriptovalyuta birjalarının işləmə prinsipləri haqqında ətraflı məlumatlar verilib. Kitabda bütöv bir fəsli Mərkəzi Bankların rəqəmsal valyutalarına (CBDC) həsr edilib. Rəqəmsal yuanın inkişafı strategiyası və bunun mövcud ödəniş sisteminə təsiri izah edilib.
Xatırladaq ki, Çin Mərkəzi Bankı cari ilin aprel ayından dörd fərqli əyalətdə (Şençjen, Suçjou, Çendu, Syunyan) rəqəmsal valyutalarla pilot proqramlarına başlayıb və bu əyalətlərin rəsmiləri artıq ilk maaşlarını rəqəmsal yuanda alıblar. Çin 2022-ci il Qış Olimpiya Oyunlarında rəqəmsal yuandan istifadə etməyi planlaşdırır.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar