Çin Şarl Mişelin video-müraciətinin televiziyada yayımını DAYANDIRDI
Çin höküməti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin "China International Import Expo" sərgisinin iştirakçılarına ünvanladığı video-müraciətinin televiziya ilə yayımını dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Reuters" məlumatı yayıb.
Aİ lideri video-müraciətdə Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edib. O, Avropa İttifaqının Moskvanın enerjidaşıyıcılarından asılı olduğunu da vurğulayıb.
Şarl Mişel Çin hökumətini Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.
Onun sözçüsü Barend Leyts bildirib ki, onlar Pekin rəsmilərinə Aİ Şurası Prezidentinin əvvəldən lentə alınan müraciətini təqdim ediblər. Lakin müraciətin televiziyada yayımı dayandırılıb.
Qeyd edək ki, Çin rəsmiləri yayımın ləğvi ilə bağlı məlumatı şərh etməyib.
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü