Çində bank sistemi böhrana doğru gedir - ƏTRAFLI

Çində bank sistemi böhrana doğru gedir - ƏTRAFLIDünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində bank sistemi həyəcan təbili çalır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hər an "maliyyə sunamisi" baş verə bilər: Bu ilin ilk 6 ayında ən azı 40 "yüksək riskli" Çin bankı iri qurumlar tərəfindən ələ keçirilib. Aktivləri 7,5 trilyon dollar olan 3800 bank da müxtəlif səviyyələrdə problem yaşayır.
"Maliyyə sunamisi" narahatlığı ilk dəfə 15 gün əvvəl "Jiangxi Bank"ının qapısına gəlməsi ilə başlayıb. Əmanətçilərin pullarını geri çəkməyə tələsməsi bankı iflasa gətirib çıxarıb.
"Newsweek" xəbər jurnalı bununla bağlı çox mühüm hesabat dərc edib. Həmin hesbaata görə, Çində kiçik və orta ölçülü kənd kreditorlarının borca məruz qalması səbəbindən bu ilin ilk 6 ayında ən azı 40 yüksək riskli Çin bankı daha böyük qurumlar tərəfindən ələ keçirilib.
Bu rəqəm 2023-cü ildə bağlanan bankların sayından düz 4 dəfə çox olub. Birləşən bankların çoxu daşınmaz əmlak böhranından əziyyət çəkib və bu ilin əvvəlində böyük borcu olan daşınmaz əmlak nəhəngi "China Evergrande"nin ləğvi ilə nəticələnib. Bunlardan 36-sı ölkənin şimal-şərqindəki Liaoninq əyalətində olub.
İkinci hesabat Tayvanın "Liberty Times" qəzetində dərc olunub. 40 bankın "yoxa çıxdığını" xatırladan qəzet daha sonra yazıb: "2021-ci ildə "Evergrande", "Country Garden", "Sino Ocean Group", "SOHO China" kimi Çin daşınmaz əmlak şirkətlərinin iflasından sonra Çin bankları ciddi təzyiq altındadır. Təkcə "Evergrande"nin 180 Çin bankı ilə əlaqələri var. Bu səbəbdən 3800-ə yaxın bank müxtəlif səviyyələrdə problemlərlə üzləşib. Aktivləri təxminən 7,5 trilyon dollar olan bu 3800 bank bütün bank aktivlərinin 13 faizini təşkil edir".
Hesabatın ən qorxulu cümləsi 2008-ci ildə bütün dünyanı viran qoymuş maliyyə böhranına bənzərinin mümkünlüyü ilə bağlıdır: "Çinin daşınmaz əmlak sektoru hökumətin onu xilas etməkdən imtina etməsindən sonra böhran içində olmaqda davam edir.
Çin Xalq Bankı yavaşlayan iqtisadiyyat, artan borc və zəif istehlakçı və biznes inamını dəstəkləmək üçün faiz dərəcələrini aşağı salıb. Çin banklarının yoxa çıxmasının miqyası və sürəti Kommunist Partiyasının 4 günlük iclasında qeyd edilməyib. Ümumilikdə, Çinin durğun iqtisadiyyatı, iri daşınmaz əmlak şirkətlərinin iflasları və zəifləyən birja bazarı 2008-ci ili xatırladan böyük maliyyə böhranı qorxusunu artırıb".
Çində bank böhranı son 5 ildə daşınmaz əmlak şirkətlərinin iflası ilə alovlanıb. Boş torpaqlarda tikilən və satılmayan yüz minlərlə ev onlarla daşınmaz əmlak şirkətinin çökməsinə, bəzilərinin isə müflis olmasına səbəb olub. Bu şirkətlərin banklarla əlaqələri də bank sistemində zəlzələlərə səbəb olub.
Daşınmaz əmlak böhranına cavab olaraq Çin hökuməti mənzil bazarının stimullaşdırılmasına yönəlmiş müxtəlif tədbirlər həyata keçirib. İlk dəfə ev alanlar üçün ilkin ödəniş həddi və ipoteka faizləri azaldılıb. Bütün bunlara baxmayaraq, Çin daşınmaz əmlak bazarının gələcəyi qaranlıqdır.
Macarıstan 3 Çin bankından 1 milyard avro kredit götürüb
İddia ilk olaraq Macarıstanın biznes xəbərləri portalı "Portfolio"da dərc olunub. Daha sonra Borc İdarəsi iddianı təsdiqləyib. Müvafiq olaraq, Macarıstan ötən ilin yazında üç Çin bankından 1 milyard avro borc götürüb. Bu, Budapeştin indiyə qədər aldığı ən böyük kredit olub: "Çin İnkişaf Bankı, Çin İxrac-İdxal Bankı və "Bank of China"nın Macarıstan filialı tərəfindən verilən kredit aprelin 19-da geri alınıb və üç il ərzində qaytarılmalıdır".
Rəsmiyyə Şərifova,
KONKRET.az

Sosial       Tarix: 30 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az