Çinin paytaxtında HAVA FƏLAKƏTİ
Çinin paytaxtı Pekində havanın çirkliliyi Ümumdünya Səhiyyə Təşkilatının standarlarından 8 dəfə çoxdur.
Publika.az xəbər verir ki, bu barədə Pekin Ətraf Mühitin Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təyin olunan hər kubmetr üçün maksimum 25 mikroqram limit şənbə günü Pekində 190 mikroqrama çatıb.
Yerli vaxtla səhər 10:00-a qədər PM 2.5 ortalama konsentrasiyası hər kubmetrə 189 mikroqram təşkil edib. Şəhərin bəzi ərazilərində bu rəqəm kubmetrə görə 197 mikroqrama çatıb. Şəhərdə havanın keyfiyyətinin gələn həftənin çərşənbə axşamı günü yaxşılaşacağı proqnozlaşdırılır.
Qeyd edək ki, ötən il Pekində pandemiya fonunda işlərin dayandırılması səbəbindən havanın keyfiyyətində yaxşılaşma olmuşdu.
Çində əsas çiklilik mənbəyi mühərrikli nəqliyyat vasitələri, kömürlə işləyən elektrik stansiyaları və polad fabrikləridir.
PM 2.5 hissəcikləri bir insanın ağ ciyərlərinə və qan dövranına nüfuz edə bilir və bədəndə yığılır ki, bu da damarların iltihabına, arterial obstruksiyaya və digər xəstəliklərə səbəb ola bilər.
2019-cu ilin sonunda Çinin hava çirkliliyinə nəzarət xərcləri, təxminən 25 milyard yuana çatıb.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Cəlilabadda hadisə: Yük maşınının altında…
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya