Çinlilərdən it və pişiklərə "Mikki Maus" işgəncəsi - FOTO
Çinlilərdən it və pişiklərə "Mikki Maus" işgəncəsi - FOTO
Çində ev heyvanları üçün çox ağrılı olan plastik əməliyyat populyarlaşıb. Belə ki, sahibləri it və pişiklərinin məşhur cizgi film qəhrəmanı "Mikki Maus"a bənzəməsini istəyirlər.
Hər şey Çunçin şəhərindəki bir klinikanın ev heyvanları üçün "Mikkinin qulaqları"nın reklamı başlayıb. Əməliyyat üçün 300 yuan (təxminən 72 manat) tələb olunur.
Məlumdur ki, ilk olaraq heyvan anesteziya tələb edən və təxminən yarım saat davam edən toxuma çıxarılması əməliyyatından keçməlidir. Sonra cərrahlar yeni qulaq çanağının formalaşdırılması üzərində işləyirlər, bu isə 20-60 gün davam edə bilər.
"Hazırda Çində bu əməliyyat üçün heç bir qanuni məhdudiyyət yoxdur. Bu, əxlaqi məsələdir", - deyə Pekin tibb mərkəzindən bir baytar izah edib.
O, əməliyyatın heyvanda psixoloji travmaya və ya digər fəsadlara səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Qulaqların təbii quruluşunun zədələnməsi bəzi ev heyvanlarında psixogen problemlər yarada bilər. Məsələn, bəzi həssas ev heyvanları həddindən artıq ağrıya görə daim qulaqlarını qaşıya bilərlər", - deyə Şençjendəki baytarlıq klinikasının əməkdaşı deyib.
Heyvan hüquqlarının müdafiəsi məşğul olan fəallar heyvanlara səbəb olduğu fiziki ağrı və psixoloji iztirablara görə bu təcrübəni dayandırmağa çağırırlar. Əksər internet istifadəçiləri də bu tendensiyanı pisləyib.





Mənbə: Gazeta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR