Cinsi zəifliyi aradan qaldırır, insult riskini azaldır - Küncütün bilmədiyiniz faydaları

Cinsi zəifliyi aradan qaldırır, insult riskini azaldır - Küncütün bilmədiyiniz faydalarıKüncütün faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.
Milli.Az medicina.az-a istinadən küncütün faydalarını təqdikm edir:
-Əvvəllər küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. Küncüt qadın və kişi cinsiyyət sistemləri üçün həqiqətən çox faydalıdır. Bu bitki güclü afrodiziakdır (cinsi həvəsi artıran məhsul), həmçinin onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.
-Küncüt qanda "pis" xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.
-Küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir.
-Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır.
-Küncüt immun sistemini möhkəmləndirir. Bu məqsədlə küncütün balla qarışığı istifadə olunur. Bu faydalı qarışıq insanı qripp və soyuqdəymə xəstəliklərindən qoruyur, orqanizmə yaxşı iltihab, virus və mikrob əleyhinə təsir edir.
-Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri danılmazdır . Bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir. Bu məqsədlə 1 x.q. küncütü qatığa əlavə edin, qarışdırın, yarım saat saxlayın və sonra bu qarışığı qəbul edin.
-Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də olduqca faydalıdır. Mütəxəssislər sümük və oynaqları sağlam saxlamaq istəyənlərə hər gün 1 x.q. küncütü (uşaqlar üçün 1 ç.q.) yarım saat ərzində ilıq suda islatmağı və sonra qəbul etməyi tövsiyə edirlər.
-Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidantların sayəsində küncüt orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərinin inkişafına mane olur.
-Küncütün faydalarından biri də radiasiyaya və ya davamlı bənzər şüalara məruz qalaraq işləyənlərə bərpaedici təsir verməsidir. Bu şəxslərin küncüt istehlak etmə vərdişini qazanmaları faydalıdır.
Nəzərə almaq lazımdır ki, gün ərzində 1-2 x.q. küncüt orqanizm üçün kifayətdir. Mütəxəssislər küncütü çiy halda yeməyi tövsiyə edirlər. Qəbul etdikdən əvvəl küncütü suda isladın və ya quru tavada bir az qızdırın. Bu, küncütün həzmini asanlaşdırır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 12 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler siyaseti xeberler bugun novruz bayramı