Cinsiyyətini dəyişən aktrisa hər şeyi danışdı: Sevgilim arxamda olacağını demişdi
Bir müddət öncə cinsiyyəyini dəyişdirən türkiyəli aktrisa Meli Bendeli həyat hekayəsini danışıb.
azxeber.com xəbər verir ki, cinsini dəyişən aktrisanın məşhur prodüser Armağan Çağlayana müsahibə verib.
"Çukur", "Cam Tavanlar" seriallarında oynayan Ahmet Melih Yılmaz ötən aylarda cinsiyyətini dəyişərək adını Meli Bendeli qoyub. Bendeli Armağan Çağlayanın proqramının qonağı olub.
İllərdir ki, yaşadıqlarını danışan Bendeli duyğusal anlara səbəb olub:
"Bu qərarı vermək 32 ilimi aldı. Həqiqətən çətindir. Həyatım normal getmirdi. Kabus görürdüm. Dünyadan çəkilmişdim".
İndiyə qədər öz imkanları ilə seriallarda rol tapdığını deyən məşhur bunları deyib: "Bundan sonra Kənan İmirzalıoğlu ilə baş rolda oynamasam, seriallarda da olmayacağam. Ankaraya köçdüm və orada həyatımda nizam-intizam yaratmağa çalışıram. Əvvəl bir qızıl bilərziyə sahib olum deyə, çalışırdım. Amma anladım ki, həyatım daha dəyərlidir".
Davamlı olaraq başqalarını düşündüyü üçün həyat üçün darıxdığını deyən aktrisa belə davam edib: "Hər kəsi düşündüyüm üçün özümə vaxt qalmadı. Növbəm gəlmədi. Eqoist olmaqdan çox qorxuram. Ailəmlə və bütün dünya ilə üz-üzə qaldım. Bəzən yox olmaq istəyirəm, ölmək istəyirəm. Unudulmaq haqqımdan istifadə etmək istəyirəm. Cinsimi dəyişdikdən sonra sonra hər şey yaxşı olmadı. Sevdiyimi unuda bilmədim, ağlımı itirdim".
Aktrisa qeyd edib ki, cinsini dəyişəcəyini deyəndə sevgilisi onun arxasında olacağını deyib:
"Keçmişimin geri dönməyəcəyini bildiyim üçün öz həyatıma baxdım. Təxminən 6 il onu gözlədim. Prosesin əvvəlində ona mesaj yazdım və Ankaraya köçüb, bir qadın olacağımı bildirdim. Mənim arxamda olacağını dedi. "Mənim yanımda olacaqdınız, amma arxamda idiniz" dedim. "Gecikməyimin bununla heç bir əlaqəsi yoxdur. Hər başıma gələnə hirslənirəm. Aktyorluğa hirslənirəm, unuda bilmədiyim adam, anam, qardaşım... Ailəmi tanımayanlar məni qınamasın. İnsanların çaşqınlığını başa düşürəm, amma axmaqlığını başa düşə bilmirəm".
Meli Bendelinin dediklərindən sonra özünü saxlaya bilməyən və göz yaşlarına boğulan Armağan Çağlayan isə bunları deyib: "Doğrusu, bu qədər aacı bir şey gözləmirdim. Bunlar insan üçün çox ağır yükdür".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA