"Çıxış yolu hərbi əməliyyatlara başlamaqdır" - AÇIQLAMA

Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisə göstərir ki, münaqişənin dinc yolla həllinə müəyyən maneələr var və bu maneələrin isə əsas səbəbkarı Ermənistandır. Humanitar fəlakət adı altında həyata keçirilən təxribatlar, düşmən ölkənin təxribatlarına dünya dövlətlərinin siyasi dəstəyi Azərbaycanın mövqeyinə zərrə qədər təsir etməyib.
KONKRET.az-a açıqlama verən politoloq Tural Əliyev bildirdi ki, reallığı qəbul etməyən ermənilərin müxtəlif təxribatlara əl atmaları gözlənilən idi:
"Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsini açması həm qondarma qurum daxilində, həmçinin bəzi beynəlxalq siyasi dairələrdə narahatlıqla qəbul edildi. Bununla onlar müəyyən reallığı görmək məcburiyyətində qaldılar və anladılar ki, Azərbaycan qarşıya qoyulan məqsədə addım-addım yaxınlaşır. Qarabağdakı qondarma regimin fəallaşmasının da kökündə duran səbəblərdən biri budur. Çünki onlar artıq müəyyən prosesləri görür və dərk edirlər ki, onların əvvəlki kimi istəkləri artıq həyata keçmir. İndi onların bir yolu var, beynəlxalq ictimaiyyətin diqqətini regiona cəmləşdirib şou yaratmaq. Bu da həm "humanitar fəlakət" , həm də "etnik təmizləmə" iddiası ilə bağlıdır. Artıq humanitar fəlakət şousu da arxa plana keçib, çünki bu, qəbul edilmədi. İndi də etnik təmizləmə variantı üzərində işləyirlər.
Əslində etnik təmizləmə mövzusu buna qədər də mövcud idi. Sadəcə indi çalışırlar ki, daha çox bunu aktuallaşdırsınlar, beynəlxalq media vasitəsi ilə yaymaqla müəyyən dərəcədə Azərbaycana təsir etsinlər. Azərbaycana təzyiq etməklə də qondarma rejimi subyekt olaraq Azərbaycanla qarşı – qarşıya qoymaq və beynəlxalq mexanizmlər vasitəsilə bir növ Xankəndini siyasi mərkəz kimi qəbul etdirmək istəyirlər. Bunu təbii ki, Azərbaycanda da yaxşı başa düşürlər və rəsmi Bakı dəfələrlə bəyan edib ki, qondarma qurumla hansısa bir danışıq mümkün deyil. Yalnız və yalnız Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya prosesini sürətləndirmək lazımdır. Bildiyimiz kimi, ABŞ-da müəyyən konqresmenlər erməni diasporunun təsiri altındadır və bu sıx bağlılıqdan istifadə edib Azərbaycana təzyiq etməyə çalışırlar. Qarabağda 80-ci illərin sonunda başlayan münaqişə əslində həm Fransa, həm Amerikadakı erməni diasporunun müştərək işi idi. Bu günə qədər də Qarabağın Ermənistana birləşdirilməsi, onlara edilən yardımlar, digər maliyyə dəstəyini birbaşa erməni diasporu həyata keçirilib. Bu baxımdan da hazırda gedən prosesin məqsədi və hədəfi budur ki, Azərbaycana təzyiq etməklə öz çirkin əməllərinə nail olsunlar və çirkin planları həyata keçirsinlər. Bunlar da reallıqla üst-üstə düşmədiyinə görə anlayırlar ki, yeganə çıxış yolu müharibədir. Amma 44 günlük müharibədə üzləşdikləri məğlubiyyət onların işini bir qədər çətinə salır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 08 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun bugünki xəbərlər en sonxeber metbuat xeberleri