Çiy fındığın faydaları

Çiy fındığın faydalarıQızıl payızın əsas meyvələrindən biri də fındıqdır. Fındıq beyin sağlamlığından tutmuş diabet riskini azaltmaya qədər bir çox önəmli faydalara malikdir. Çiy fındığın orqanizmə olan faydalarını oxucularımıza təqdim edirik.
İmmunitet sistemini gücləndirir
Fındıq yağının tərkibi E vitamini ilə zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq anemiya (qan azlığı) riskini azaldır. Eyni zamanda qan dövranını normallaşdırır, hərarət, soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldır, immunitet sistemini gücləndirir.
Diabet riskini azaldır
"American Journal of Clinical Nutrition" jurnalında yayımlanan elmi işə əsasən, diabet xəstələri müntəzəm olaraq fındıq yeyəndə digərlərinə nisbətən daha az qan yağına sahib olurlar. Bundan başqa gündəlik menyusuna çiy fındıq əlavə edən diabet xəstələrinin qlükoza intoleransına da müsbət təsir edir.
Beyinə faydalıdır
Fındığın tərkibindıə protonosiyanidinlər, kersetin və kaemferol kimi maddələr var. Bu proantosiyaninlər flavonodilər qrupuna aiddir. Flavonoidlər isə beyin sağlamlığı üçün faydalıdır. Eyni zamanda triptofan və izolosin amin turşuları ilə zəngin olduğu üçün zehni və psixoloji olaraq da insana müsbət təsir edir.
Sinirlərə müsbət təsir edir
Fındıq B6 vitamini ilə də zəngindir. B6 vitamini isə elektrik siqnallarının sürətini və səmərələliyini artıran, sinir sisteminin normal şəkildə fəaliyyətini təmin edən, sinirin qılıfı olan miyelinin yaranması üçün lazım olan vitamin kimi tanınır. Bundan başqa sinir sisteminin sağlam fəaliyyəti üçün lazım olan seratonin, melatonin və epinefrin kimi hormonların da ifrazı B6 vitaminin dəstəyi ilə mümkündür.
Tox saxlayır
Fındığın tərkibində lif, yağ toxluq hissini artırır, bu da həddən artıq yemək yeməyin qarşısını alır, kalori qəbulunu azaldır. Amma həddən artıq fındıq qəbul etmək əks effekt verir və çəki artımına səbəb olur. Çünki fındığın enerjisi çoxdur. 1 ovuc fındıq 25 qramdır. Onun isə 150 kalorisi var.
Xərçəngə qarşı qoruyur
Xərçəng hüceyrələrinin inkişafına səbəb olan faktorları fındıq ortadan qaldırır. Eyni zamanda orqanizmdəki zərərli hüceyrələrin məhv olmasını təmin edərək xərçəng ehtimalının qarşısını alır. Fındığın tərkibində olan beta-sitosterol maddəsi sinə və prostat xərçəngi riskini azaldır.
Zərərli xolesterolu azaldır
Fındığın tərkibində ürəyə faydalı olan yağlar var. Oleik turşusu zərərli LDL xolesterolunu azaldır, faydalı HDL xolesterolunun miqdarını artırır. Müntəzəm olaraq fındıq qəbul etmək xolesterolu 27% azaldır. Elmi araşdırmalar məlum edib ki, müntəzəm olaraq fındıq qəbul edən insanlarda infarkt səbəbindən ölüm riski kifayət qədər azdır. Eyni zamanda fındığın tərkibindəki dəmir, mis, selenium, maqnezium, potasium, fosfor, sink kimi minerallar da var. Bu da ürək üçün faydalıdır.
Qəbz olmağın qarşısını alır
Fındığın tərkibindəki lif  bağırsaq üçün faydalıdır. Bu lif bağırsaq hərəkətlərini aktivləşdirir, həzmi asanlaşdırır. Çiy fındıq qəbz olma probleminin qarşısını alır.
Əzələləri gücləndirir
Maqnezium orqanizmə daxil olan və ifraz edilən kalsiumun miqdarını stabilləşdirmək üçün çox önəmli rola sahibdir. Düzgün miqdarda kalsium əzələ gərilmələrini yaradır və əzələnin istirahətinə şərait yaradır. Maqnezium sayəsində əzələ gərginliyi azalır, əzələ yorğunluğu spazması və ağrıların qarşısını almaq mümkün olur.
Erkən qocalmanın qarşısını alır
Fındığın tərkibindəki antioksidantlar dəriyə ziyan vuran sərbəst radikalları məhv edir, dərinin daha sağlam görünməsinə kömək edir. Eyni zamanda UVA/UVB şüalarının səbəb olduğu dəri xərçənginə qarşı da orqanizmi qoruyur. E vitaminin dəstəyi ilə ölü hüceyrələr ifraz edilir və daha sağlam, daha gənc görüntülü bir dəriyə sahib olursunuz.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 17 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu çay ürəyi qoruyur, stressi azaldır

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Xərçəng riskini azaldan orqan - Alimlərdən yeni kəşf

Tibb dünyasında uzun illərdir yetişkinlərdə funksiyasını itirdiyi düşünülən və bəzən cərrahi yolla çıxarılan timus vəzinin əslində immun sistemini gücləndirərək xərçənglə mübarizədə və ürək sağlamlığında önəmli rol oynadığ

Qulaqlarınızı kar edə bilər - Hər kəs istifadə edir

Son illərdə qulaqcıqlardan gündəlik istifadə xeyli artıb. Musiqi dinləmək, film izləmək və telefon danışıqları üçün geniş istifadə olunan bu cihazların sağlamlığa təsiri isə tez-tez müzakirə olunur. Mütəxəssislər bildirirlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 beynelxalq bank mezenne son xeberler bu gun cəbhədən son xəbərlər 2026