Co Baydenin İlham Əliyevə göndərdiyi təbrik məktubunda verilən mühüm mesajlar

Co Baydenin İlham Əliyevə göndərdiyi təbrik məktubunda verilən mühüm mesajlarABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu  göndərib. Məktub bir neçə istiqamət üzrə xüsusilə diqqət çəkir. ABŞ prezidentinin işlətdiyi ifadələrin əsas hədəfi nədir?
Dünəndən bəri Azərbaycan müxalif cameəsində Baydenin müzakirəyə çıxarılan bu fikri diqqət çəkir: "Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik".
Bayden burada nə demək istəyir? Az qala Baydenin bu fikrini Azərbaycanda gözlənilməz hadisələrin əsas carçısı kimi qələmə verən müxaliflər niyə bir cümlədən ümid umur? Axı Bayden bu məktubu şəxsən İ.Əliyevə yazıb və bu məktub başdan ayağa ölkə başçısına dəstək mesajları ilə doludur. Gələk, Baydenin müzakirə olunan fikrinə...
Əvvəla, bütün ABŞ prezidentləri, eləcə də Bayden üçün qəbuledilən protokol qayda var. Özünü "demokratiyanın beşiyi" adlandıran ABŞ prezidentlərinin hamısı digər ölkələrin liderlərinə ünvanladıqları məktubda "Hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar..." məsələsini bir cümlədə də olsa, həmişə önə çıxarıblar. Bu, artıq onlar üçün ənənəvi protokol qaydadır. Fərqi yoxdur, məktubun ünvanlandığı ölkədə fundamental azadlıqlar var, yoxsa yox... Heç şübhəsiz, ABŞ prezidenti başa düşür ki, demeokratik və müstəqil olmayan dövlət nə dünyada sülhə, təhlükəsizliyə töhfə verə bilər, nə ciddi logistik mərkəzə çevrilər, nə Ukraynaya açıq dəstək göstərər, nə də Cənubi Qafqazda demokratiyanın və barışın əsas təminatçısına çevrilə bilərdi. Təbii ki, Baydenin bu fikri həm də bəzi qüvvələrə mqəsədli şəkildə atılan "pay"dır. Amma bu, həm də onları lağa qoymaqdır. Çünki 30 ildir ABŞ nə verirsə, Azərbaycanda müxalif cameə illərlə onu yeyir. Azərbaycan dövlətinin isə öz və milli menyusu var.
ABŞ prezidenti Baydenin Azərbaycana ciddi və açıq dəstək ifadə etdiyi sahələrə diqqət edək:
- Bayden "Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını" diqqətə çatdırdı. Bu o deməkdir ki, ABŞ iqtisadi təhlükəsizlik platformasında Azərbaycanı mühüm tərəfdaş kimi görür.
- O, "enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyini" bildirdi. Bu, beynəlxalq təhlükəsizliyin əsas qarantlarından biri kimi Azərbaycanın Qərb üçün həlledici əhəmiyyətinin ifadəsidir.
- Məktubda "Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı" alqışlanır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Ukraynaya dəstəyi 30 il ərzində regionda və dünyada baş verən proseslərə davamlı və ədalətli yanaşmasının göstəricisidir. Azərbaycan işğala məruz qalan dövlətdir, işğala məruz qalan digər ölkələrin suverenliyi də rəsmi Bakı üçün qırmızı xəttdir.
- ABŞ prezidenti "Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik" deməklə, Azərbaycanın terrorizmdən əziyyət çəkən bir ölkə kimi bundan sonra da pozitiv mövqedə olacağına daim dəstək verəcəyini ifadə edir.
- O bildirir: "Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır". Mənzərə kifayət qədər açıqdır. Birincisi, ABŞ Azərbaycan-Ermənistan arasında sülhü təqdir edir. İkincisi, ABŞ-ın hədəfi təkcə Azərbaycanla müsbət münasibətləri davam etdirmək deyil, həm də bütün Transqafqazda öz maraqlarını təmin etməkdir. Üçüncüsü, ABŞ böyük dəhliz ölkəsinə çevrilən Azərbaycanın bu istiqamətdəki addımlarını birmənalı şəkildə və şərtsiz dəstəkləməyə məcburdur. 
Məktubda ən ciddi məqamlardan biri ABŞ-ın Azərbaycanın müstəqilliyini dəstəkləməsini xüsusi qeyd etməsidir. Bu, Rusiya-Ukrayna müharibəsi və Rusiyanın region ölkələrinə qarşı təxribatları fonunda xüsusilə diqqət çəkir. 
Samir Feyruzov

Siyasi       Tarix: 21 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler xəbərlər.com en sonxeber xeber.az 2026