COP-29-un Azərbaycan üçün əhəmiyyəti: Bütün dünyanın gözü Bakıda olacaq

COP-29-un Azərbaycan üçün əhəmiyyəti: Bütün dünyanın gözü Bakıda olacaqMəlum olduğu kimi, 11 - 22 noyabr tarixində Azərbaycan beynəlxalq səviyyəli mötəbər tədbirə - "COP-29 - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Konfransı"na ev sahibliyi edəcək.
İrimiqyaslı tədbir çərçivəsində Bakıda ətraf-mühitin mühafizəsinə həsr olunan panel görüşlər keçiriləcək və dünyada habelə ölkəmizdə ekoloji vəziyyətin düzəldilməsi istiqamətində qərarlar qəbul ediləcək.
Qeyd edək ki, Bakıda keçiriləcək COP-29 konfransına yüzdən çox ölkənin rəsmi şəxsi, o cümlədən ekoloji məsələlərlə məşğul olan ekoloqlar, media, QHT nümayəndləri gələcəklər.
Bəs "COP-29 - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Konfransı"nın Azərbaycanda keçirilməsi ölkəmizə nə vəd edir?
Ümumən, bu dəbdəbəli konfransın Bakıda təşkil edilməsinin ekologiyaya hansı təsirləri olacaq?
Məsələyə geosiyasi aspektdən yanaşan siyasi şərhçi Məhəmməd Əsədullazadə azxeber.com-a açıqlamasında bildirib ki, COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizə qarşı diqqəti həm Qafqazda, həm də regionda artıracaq:
COP-29-un Azərbaycan üçün əhəmiyyəti: Bütün dünyanın gözü Bakıda olacaq"COP-29 - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Konfransının Azərbaycanda keçirilməsi dünya dövlətlərinə ölkəmizə qarşı diqqəti artırır. Bu, Azərbaycanın həm Qafqazda, həm də dünyada geosiyasi mövqeyini gücləndirməsinə gətirib çıxarıb. Bu təkcə iqlim konfransı deyil. Burada təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Azərbaycanın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi ölkə siyasəti və iqtisadiyyatına həmçinin təhlükəsizliyə verdiyi töhfələri də nəzərə alınır. Əlbəttə ki, Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda ekoloji vəziyyətin yaxşılaşdırılması, iqlim dəyişikliyinə qarşı qəbul etdiyi qərarlar, aparılan siyasət bu istiqamətdə yüksək qiymətləndirilir. Azərbaycan bu gün dünyada ekologiyanın çirklənməsinə qarşı da mübarizə aparır. Düşünürəm ki, Azərbaycan bu konfransda Ermənistanda olan atom elektrik stansiyasının bağlanmasını tələb etməlidir".
Politoloq hesab edir ki, COP-29 konfransı bitdikdən sonra Azərbaycana qarşı beynəlxalq siyasi etimad və dəstək kifayət qədər artacaq:
"Ümumi götürdükdə isə siyasət cəhətdən COP-29 qeyd etdiyim kimi yalnız iqlim məsələsi deyil, o cümlədən siyasi bir tədbirdir. Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı yeni nizamlar - sülh və təhlükəsizlik istiqamətində atdığı addımlar bu konfransın Azərbaycanda keçirilməsinə dəstək verir. Azərbaycan həmçinin balanslı siyasət yeridir, heç bir konsentrasiyalarda deyil. Hesab edirəm ki, COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizi habelə bu təşkilatı artıq dünyaya daha da tanıtdı. Bu gün Qərb ölkələrinin mətbuatında COP-29-un Azərbaycanda keçirilməsiylə əlaqədar xeyli sayda məqalə dərc olunur. Düşünürəm ki, bu mötəbər tədbirdən sonra Azərbaycana qarşı beynəlxalq siyasi etimad və dəstək kifayət qədər artacaq".
Mövzuya ekoloji prizmadan yanaşan Ekoloq - Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar azxeber.com-a açıqlamasında qeyd edib ki, bu tədbirdə dünyanın və xüsusən də Azərbaycanın ətraf-mühit, iqlim problemlərinə xüsusi diqqət göstəriləcək və həll istiqamətində müəyyən addımlar atılacaq:
COP-29-un Azərbaycan üçün əhəmiyyəti: Bütün dünyanın gözü Bakıda olacaq"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu kimi beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi onun siyasi arenada mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq. Digər tərəfdən, adından da göründüyü kimi ətraf-mühit problemləri, qlobal iqlim dəyişiklikləri kimi problemlərlə məşğul olan bir konfrans kimi Azərbaycanda da ətraf-mühit problemlərinə öz töhfəsini verəcəyinə böyük ümidimiz var. Çünki Azərbaycan da yer kürəsinin bir parçası olaraq qlobal problemlərdən kənar deyil. Azərbaycan da iqlim dəyişiklikləri, o cümlədən şoranlaşma, səhralaşma proseslərinə məruz qalır. Azərbaycan üçün bu yöndə xüsusi qərarlar verə biləcək səlahiyyətli şəxslərin belə məsələlərlə maraqlanması xüsusi önəm daşıyır. Bu konfransın toplantılarında dünyanın bir çox ölkələrinin siyasi rəhbərləri qatılacaq".
C. Bəxtiyar əlavə edib ki, tədbirdə həmçinin Ermənistanın uzun illər Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrordan da bəhs olunacaq və bu, bir daha dünya ictimaiyyətinə çatdırılacaq:
"Bu tədbirin keçirilməsinin heç bir mənfi nəticələri ola bilməz. Əksinə, siyasi müstəvidə Azərbaycanın inkişafına təkan verəcək bir tədbirdir. Bu qəbildən olan iriqmiqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi böyük dividentlər qazandırır. Azərbaycanın imicinin daha da formalaşmasına, yaxşılaşmasına imkan yaradır. Dövlət başçıları səviyyəsində keçirilən beynəlxalq tədbirdə əgər beynəlxalq ətraf-mühitin bugünkü problemləri işıqlandırılacaqsa, demək ki, onların həll yolları da həmin konfransda, panel müzakirələrdə araşdırılacaq. Sonda problemlərin həlli məsələsində son qərarlar veriləcək və icra məsələlərinə baxılacaq. Bundan əlavə, COP-29-da qəsbkar və işğalçı Ermənistanın uzun illər işğal altında saxladığı Qarabağ torpaqlarımızdakı ekoloji terror beynəlxalq ictimaiyyətin diqqətinə bir daha da çatdırılacaq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc edilib.
COP-29-un Azərbaycan üçün əhəmiyyəti: Bütün dünyanın gözü Bakıda olacaq

Siyasi       Tarix: 30 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal oxu.az xeberler valyuta mezenesi metbuat