Corc Qafarov: Anama görə yox, özümə görə seçilmişəm - MÜSAHİBƏ
Corc Qafarov: Anama görə yox, özümə görə seçilmişəm - MÜSAHİBƏ
Müğənni Roza Zərgərlinin oğlu 23 dekabr Bələdiyyə seçkilərində Qaraçuxur Bələdiyyəsinə üzv seçilib.
Corc Qafarov bu və digər məsələlərlə bağlı Azxeber.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Corc, ilk olaraq, bələdiyyə seçkilərində qalib gəldiyinizə görə sizi təbrik edirik. İstərdik ki, özünüz haqda məlumat verərdiniz...
- Mən Corc Qafarov, aktyoram. Qaraçuxurda yaşayıram, bələdiyyəyə namizəd oldum və qalib gəldim.
- Sizin qələbəniz sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri iddia edir ki, ananız Roza Zərgərliyə görə qalıb gəlmisiniz...
- Bunlar hamısı boş sözlərdir, anam bu məsələdə kənarda idi. Ona görə yox, özümə görə seçilmişəm. Hər deyilən sözə inanmayın.
- Dediniz ki, aktyorsunuz. Bələdiyyə ictimai-siyasi fəaliyyətdir. Bundan sonra hansı sahədə fəaliyyətiniz davam edəcəksiniz?
- Bu barədə danışmaq tezdir. Zaman hər şeyi göstərəcək.
- Sizin rəqiblərdən biri tanınmış bloqqer Mehman Hüseynov idi. Ancaq qaliblərin siyahısında onun yox, sizin adınız var. Bu sizin üçün sürpriz oldu?
- Bu seçkidir, qalib gələn də olur, məğlub olan da. Acığı deyim qalib gəlməyim mənim üçün də sürpriz oldu. Bu nəticəni gözləmirdim.
- Sosial şəbəkələrdə sizi tənqid edənlər də var. Onlara nə demək istərdiniz?
- Onlara sadəcə olaraq demək istəyirəm ki, mənim həyatımı araşdırsınlar. Mən pis insan deyiləm. Məncə bu kifayətdir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb