Çörəkdə tük, limonadda fosfor turşusu? - Sisteinə kim icazə verir? + AÇIQLAMA + FOTO

Çörəkdə tük, limonadda fosfor turşusu? - Sisteinə kim icazə verir? + AÇIQLAMA + FOTOÇörəkdə tük, limonadda fosfor turşusu? - Sisteinə kim icazə verir? + AÇIQLAMA + FOTO
"Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun rəngini tündləşdirib, qara çörək hazırlayırlar. Bu çörəklər qara undan deyil". 
Bu barədə sağlam qida təbliğatçısı Asim Vəliyev açıqlama verib.
Onun sözlərinə görə, unun rəngini dəyişmək, çörəyin piştaxtada tez boyatlaşmasının qarşısını almaq üçün sistein qatqı maddəsindən istifadə olunur:
"Bu, tükdən əldə edilir. Çində istehsal olunubsa, bu maddə insan tükündən alınır. Avropada isə qaz və donuz tükündən əldə olunur. Eləcə də unun çox ağardılması üçün təhlükəli maddələrdən istifadə edilir".
Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub, ajiotaj yaradıb: insanlar yedikləri çörəyin ununa tük qatılıb-qatılmadığı barədə düşünürlər.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən qida üzrə mütəxəssis Ağa Salmanovun sözlərinə görə, Azərbaycana idxal olunan unun tərkibində sistein maddəsi yoxdur:
Çörəkdə tük, limonadda fosfor turşusu? - Sisteinə kim icazə verir? + AÇIQLAMA + FOTO"Azərbaycanda bunu ilk dəfə mən demişəm. Məndən öncə heç bir mütəxəssis deməyib. Təlaş yaratmaq olmaz. Sistein heyvan və insan tükündən əldə olunan qatqı maddəsidir. Və bu Çinə aiddir, bizə aid deyil. Sisteini Çin qatqı maddəsi olaraq unun tərkibində istifadə edir. Amma görün nə qədər ölkə sistein tərkibli undan imtina edir, qəbul etmir. Bizə də idxal olunan unun tərkibində həmin maddə yoxdur. Bunu ajiotaj yaradacaq şəkildə yaymaq düzgün deyil.
Laboratoriyada yoxlamadığımız unun tərkibində sistein olduğunu iddia edə bilmərik. Bu ancaq laboratoriya şəraitində analiz olunur. Ölkədə icazə verilən və verilməyən qatqı maddələri var. Zərərli olduğu üçün qadağa edilir".
A.Salmanov qeyd edib ki, qatqı maddələri insanda bir çox xəstəlikləri yarada bilər:
"Hər zaman deyilir ki, kolbasadan uzaq durun. Çünki tərkibində qatqı maddəsi olan nitrat var. O da orqanizmdə yığılanda xərçəng xəstəliyi yarada bilər. Una sistein xarab olmaması üçün vurulur. Sistein unun keyfiyyətini yaxşılaşdırmaq və ömrünü uzatmaq üçün lazımdır. Unu nəmişlikdən qoruyur. 
Ümumiyyətlə, bütün qatqı maddələrinin ziyanlı tərəfləri var. Amma dozanı aşmamaq lazımdır. Limonadlara "şellak" qatılır. Orada fosfor turşusu var - yaşlılarda sümüyü əridir, uşaqlarda sümük inkişafını dayandırır. Fosfor turşusuna görə limonadları çox içməmək məsləhət görülür.
Enerji içkiləri də tövsiyə edilmir. Gün ərzində bir şüşə içmək olar. İkinci və üçüncünü içəndə artıq vərdişə çevrilir. Ürək qan-damar sistemi sıradan çıxır. Ürək zəifləyir. Mədə-bağırsaq sistemi sıradan çıxır.
Doza hədləri var. Qatqı maddələri əgər bir qidaya vurulursa, icazə verilən doza həddi aşılmamalıdır".
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat qeyri-ciddidir:
"İddia edilən məsələ ilə bağlı əgər hansısa bir əmtəə nişanında, çörək istehsalı müəssisəsində, satış şəbəkəsində fakt varsa, xahiş edirik ki, agentliyə təqdim etsinlər. AQTA həmin məlumatları dərhal nəzarətə götürərək araşdıracaq".
Nəzrin Vahid

Maraqlı       Tarix: 11 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün azerbaycan son xeber bugun beynelxalq bank mezenne hava proqnozu