COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜAT

COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜATCovid-19 koronavirus sürətlə yayılır. Bir çox ölkələrdə, habelə Azərbaycanda karantin və məhdudiyyət məzmunlu tədbirlərə əl atılır.
İtaliyadan sonra Belçika da COVİD-19 ilə bağlı sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu gündən etibarən ölkədə bütün kütləvi tədbirlər ləğv olunub. Məktəblər, kolleclər, liseylər və universitetlər distant tədrisə keçib.
İspaniyada bütün dövlət muzeyləri qapanıb, kütləvi tədbirlər ləğv olunub. Futbol üzrə ölkə çempionatı dayandırılıb.
Fransada uşaq bağçaları, məktəblər və universitetlərdə karantin elan olunub.
ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan olunub. Bütün ölkədə teatrlar və muzeylər bağlanır. NBA, NHL və Ali Beysbol Liqasında oyunlar təxirə salınıb. Birləşmiş Ştatlarda fövqəladə vəziyyət elan olunub.
Almaniyada koronavirusa yoluxanların sayı 2078 nəfərə çatıb.
İngiltərədə "Çelsi" klubunun yarımmüdafiəçisi Kallum Hadson-Odoy koronavirusa yoluxub.
Qazaxıstanda 2 yoluxma faktı qeydə alınıb.
COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜATİsraildə bütün marketlərə girişdə müştərilərin temperaturu yoxlanılır.
Şayiələr yayılır, cəmiyyətdə xof və panika yaratmağa çalışırlar.
Nə etməli?
Əsla və əsla panikaya qapılmayın, təşvişə düşməyin, təlaşlanmayın, qorxmayın.
... 1918-ci ildə adi qrip pandemiyası vur-tut 25 həftə ərzində 25 milyon insanın ölümünə səbəb oldu. İndi belə fəlakət təkrarlana bilərmi? Cavab - yox!
COVİD-19-u yeni koronavirus və ya pandemiya adlandırımağımızdan asılı olmayaraq, o, çox təhlüküəlidir. Cəmi 2 ay ərzində virus Antarktida və Arktikadan savayı, hər yerə yayıldı.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-u niyə pandemiya adlandırdı? Panqdemiya xəstəliyin ən azı 3 müxtəlif coğrafi regionda eyni vaxtda dayanıqlı və fasiləsiz yayılması deməkdir. Pandemiya virusdan ölənlərin statistikası ilə yox, onun yoluxma sürəti və coğrafiyası ilə bağlı ifadədir.
Hazırda biz koronavirus yox, qorxu, təlaş və xof pandemiyası ilə üzbəüzük.
Qlobal miqyasda media və sosial şəbəkələr sanki təlaş koronavirusuna yoluxub. Bir tərəfdən doğrudur - narahatlıq olmalı, hadisələrin ən pis variantda inkişaf ssenarisi üçün hazırlıq və fəaliyyət planları olmalıdır.
Lakin koronavirus təlaşı üzvi şəkildə sağlamlıqdan çıxaraq artıq biznesə və siyasətə keçib.
Təlaşa düşməməli, əsla qorxmamalıyıq. Söz yox, COVİD-19 ilə bağlı yaxşı xəbərlər çox azdır. Amma nikbinlik üçün səbəblər, virusa qalib gələcəyimizə ümid çoxdur.
Bəri başdan vurğulayım ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. 
Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir.
Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşımışdır. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan vermişdir.
Baş verənlərdən dərs alaraq gələcəkdə necə davranacağımızı bəlirləməyin yollarını müəyyənləşdirmək üçün də imkanlar yaranıb.
COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜATSadə statistika: koronavirusa yoluxanlar arasında tam sağalanların sayı ölənlərin sayından 13 (!) dəfə çoxdur.
COVİD-19 koronavirusu ilə bağlı təlaşa düşməmək, xofa qapılmamaq, normal davranmaq üçün 10 səbəbdən bəhs edim.
1-ci səbəb. Biz, mərəzin nə olduğunu bilirik
Xatırladım ki, QİÇS-HİV-ə yoluxma ilə bağlı ilk faktlar barədə 1981-ci ilin iyun ayında xəbərlər yayılmışdı. HİV virusunun identifikasiyası iki il vaxt aldı.
COVİD-19-a gəldikdə, Çində kəskin pnevmoniya ilə bağlı ilk hallar barədə 2019-cu ilin dekabrın 31-də məlumat yayıldı. Yanvarın 7-də isə virus tamamən identifikasiya olundu, koronavirusun genomu yanvarın 10-da təsbitləndi.
Artıq bilirik ki, COVİD-19 koronavirusu "SARSCoV2" adlanan kəskin ağır respirator sindromu (Severe Acute Respiratory Syndrome-related coronavirus, SARS-CoV2) sinfinə daxil olan 2B qrupundadır.
Yeni koronavirusun yarasalarla bağlı olduğu güman edilir. Genetik analizlər də sübut etdi ki, koronavirus gerçəkdən də, təbii mənşəlidir, ötən ilin noyabr ayının sonlarında-dekabr ayının əvvəllərində formalaşıb. Viruslar mutasiya edərək "yaşasalar" da, COVİD-19 məsələsində mutasiyaların tezliyi və intensivliyi yüksək deyil.
COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜAT2-ci səbəb. Virusu aşkarlaya bilirik
Yeni koronavirusu tam və sonadək təsbit etmək üçün təfərrüatlı testlər yanvarın 13-də tam hazır olub. Yəni virusa yoluxmuş insanı aşkarlamaq əsla çətin deyil.
3-cü səbəb. Çində vəziyyət yaxşılaşır
Həddən artıq sərt nəzarət və təcrid tədbirləri Çində ciddi sonuclar verib. Artıq iki həftədir ki, Çində koronavirusa yeni yoluxma faktları sürəkli azalmağa doğru gedir.
Analoji epidemioloji tədbirlər başqa ölkələrdə də görünür. Koronavirusun yoluxma "partlayış"ları məkanla sıx bağlı olduğu üçün, nəzarət asanlaşıb.
4. Yoluxma hallarının 80 faizi yüngüldür
COVİD-19 koronavirusu ağır fəsadlar və qalıcı simptomlara səbəb olmur. Statistika göstərir ki, yoluxma hallarını 81,2 faizi yüngüldür. Sadəcə, 14 faizdə kəskin pnevmoniya yaranır, 5 faizdə kritik nəticələr və hətta ölüm olur. Koronavirusun qalıcı fəsadları ilə bağlı tam bilgi hələ yoxdur. Lakin bilinən budur ki, sonuc indi təxminlənən səviyyədən qat-qat aşağıdır.
5.  Yoluxanların tam əksəriyyəti sağalır
Dünya ölkələrində COVİD-19 koronavirusuna yoluxma faktları artır, amma yoluxanların tam, hətta total əksəriyyəti artıq tam sağalıb. Sağalanların sayı ölənlərin sayından 13 dəfə çoxdur və bu statistika artır.
6. Uşaqlarda simptomlar yüngül olur
Yeni koronavirusa yoluxanların 3 faizinin yaşları 20-dən aşağı olanlardır. Yaşı 40-dan aşağı olanlar arasında koronavirusdan vəfat edənlərin sayı isə cəmi 0,2 faizdir.
Uşaqlarda koronavirusa yoluxma simptomları o qədər yüngüldür ki, onları sadəcə, həkimlər aşkarlaya bilir.
COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜAT7. Virusu asanlıqla "öldürmək" olur
Cəmi bir dəqiqə ərzində koronavirusu etanol (62-71%-lik spirt), hidrogen-peroksid və ya natrium-hipoxlorid (paltar ağardıcısı) vasitəsilə silib-təmizləmək və "öldürmək" mümkündür.  Koronavirusdan qorunmağın ən effektiv yolu isə əlləri sabunla yaxşıca yumaqdır.
8. Alimlər çarə arayırlar
Koronavirusa qarşı effektiv peyvəndin tapılması üçün qlobal miqyasda alimlərin əməkdaşlığı başlanıb.
Ən nüfuzlu tibbi resurs olan PubMed-də COVID-19 və SARSCov2-lə bağlı yüzlərlə azad oxunuş üçün məqalə toplanıb.
Peyvəndlər, müalicə, epidemiologiya, genetika və filogeniya, diaqnostika, klinik aspektlərlə bağlı elmi məqalələrin sayı fasiləsiz artır. Bütün nüfuzlu elmi jurnalların veb-saytlarında koronavirusla bağlı məqalələrdən "pulsuz oxunma" qriflidir.
2003-cü ildə atipik pnevmoniya epidemiyası başlananda və bir il davam edəndə belə məqalələrin sayı dəfələrlə az idi.
9. Peyvəndlərin prototipləri hazırdır
COVİD-19 koronavirusuna qarşı effektiv peyvəndin artıq 8 prototipi hazırlanıb. Avstraliyadakı Kuinslend Universitetinin virusoloqları və epidemioloqları "molekulyar məngənə" adlı yeni texnologiyadan istifadə edərək daha bir peyvənd prototipi hazırlayırlar.
Bu, çox qısa, hətta rekord müddətdə kütləvi peyvəndləmə kampaniyası aparmaq üçün effektiv vasitə istehsal etməyə imkan verə biləcək sadəcə, bir misaldır.
COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜAT10. İşlər sürətlə davam edir
Yeni koronavirusa qarşı antivirus preparatlarının identifikasiyası prosesi sürətlənib. Peyvəndləmə profilaktikadır, indi artıq yoluxmuş insanların müalicəsi daha vacibdir. COVİD-19 koronavirusunun müalicəsinin analizi məqsədilə 80 kliniki tədqiqat aparılır. Söhbət başqa infeksiyalara qarşı istifadə olunmuş və tətbiqinə çoxdan icazə verilmiş antivirus preparatlarından gedir.
Sınanmış antivirus preparatlarından biri də "Remdesivir"dir. Sözügedən preparat Ebola, SARS və MERS-in müalicəsində uğurla istifadə olunub. Çox güclü antivirus aktivliyinə malik digər preparat isə "Xloroxin"dir.
COVİD-19 koronavirusu: təşvişə düşməmək üçün 10 SƏBƏB - TƏFƏRRÜAT"Xloroxin" virus infeksiyasını blokadaya alır, virusun yayılmasına mane olaraq onun hüceyrə ilə birləşməsi üyçün pH endosomlarını artırır. Sübut olunub ki, həmin birləşmə yeni koronavirusu "in vitro" bloklayır: bu səbəbdən "Xloroxin"dən koronavirus pnevmoniyası diaqnozu qoyulmuş pasiyentlərin müalicəsində istifadə olunur.
Qrip virusuna qarşı istifadə olunan "Oseltamivir", "İnterferon-1b" (antivirus funksiyalı zülal), artıq sağalmış insanlardan alınan zərdablar və ya virusun neytrallaşdırılması üçün monoklonal hüceyrələr də effektivdir.
"Barisitinibin" təki ingibitorlu maddələr də işə yarayır.
... Azərbaycan pandemiya ilə mübarizəyə tam hazırdır.
Bunu bilməli və anlamalıyıq.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 14 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber xeberler azerbaycan sonxeber.az xəbər