COVID-19 pasportunun yoxlanılması ilə bağlı YENİ AÇIQLAMA

COVID-19 pasportunun yoxlanılması ilə bağlı YENİ AÇIQLAMAPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi COVID-19 vaksin və ya immunitet sertifikatının "CheckApp" mobil tətbiqi vasitəsilə çevik şəkildə yoxlanılması üçün tövsiyələr hazırlayıb.
Dövlət Agentliyindən Azxeber.com-a bildirilib ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarının 2.5-5.3-cü yarımbəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 vaksin və ya immunitet sertifikatı olduğu halda istifadə edə bilərlər.
Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 vaksin və ya immunitet sertifikatının yoxlanılması məqsədilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən "CheckApp" mobil tətbiqi istifadəyə verilib.
Tətbiq üzərindən vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatı aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanılır:
1. Vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatının QR kodunu oxutmaqla;
2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;
3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;
4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.
Qeyd edək ki, COVID-19 vaksin və ya immunitet sertifikatının QR kod üsulu ilə yoxlanılması digərləri ilə müqayisədə ən çevik metod hesab olunur.
Vətəndaşlar qeyd olunan obyektlərə öz COVID-19 vaksin və ya immunitet sertifikatlarındakı QR kodu təqdim edərək daxil olmaqla zamanlarına qənaət edə bilərlər. Bu həm də qeyd olunan obyektlərdə növbələrin yaranmasının da qarşısını almış olur. Vətəndaşlardan COVID-19 vaksin və ya immunitet sertifikatının ən yeni versiyasını "myGov" elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də "e-TƏBİB" mobil tətbiqi və ya its.gov.az portalı üzərindən yükləmələri xahiş olunur.
Həmçinin, "CheckApp" mobil tətbiqi vasitəsilə xarici vətəndaşların da COVID-19 pasportlarını yoxlamaq mümkündür. Yoxlamanı xarici vətəndaşın pasportu və doğum ili vasitəsilə həyata keçirmək mümkündür.

Sosial       Tarix: 13 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler son.xeber son xabarlar cəbhədən son vəziyyət