"Crocus City Hall" terrorunda iştirak edənlərə yeni ittihamlar irəli sürüldü
İstintaq azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Crocus City Hall"da terror aktı törətməkdə şübhəli bilinənlərə qarşı yeni ittihamlar (terror təşkilatında iştirak və terrorçuluq məqsədi ilə təlim keçmək) irəli sürüb.
KONKRET.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskvanın Basmannı məhkəməsindən bildirilib.
Hakim Yevgeniya Nikolayeva Cinayət Məcəlləsinin cinayətkarlara qarşı irəli sürülən maddələrini sadalayıb.
Əvvəllər bu iki ittihamla bağlı heç bir məlumat olmayıb.
Cümə günü Moskvanın Basmannı məhkəməsi terror aktını törətməkdə şübhəli bilinən Dalerjon Mirzoyev, Murodali Rachabalizode, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduninin həbs müddətini və iş üzrə istintaq müddətini noyabrın 22-dək uzadıb.
Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib: hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıb və zalı yandırıblar. 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.
Moskvada törədilən terror aktı ilə bağlı 12 nəfər həbs edilib. Cinayəti törətməkdə şübhəli bilinən dörd şəxs əvvəlcə mütəşəkkil dəstənin tərkibində ölümlə nəticələnən terror aktı törətməkdə, qalanları isə bu cinayətin törədilməsində iştirakda ittiham olunublar.
Natiq Səlim,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi