Culfa yeni icra başçısı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Naim Cahidzadə 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 1995-2006-ci illərdə Şahbuz rayon Kolanı kənd tam orta məktəbində orta təhsil alıb. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr təhsili, 2011-2014-cü illərdə eyni ixtisas üzrə magistratura təhsili alıb. 2016-2019-cu illərdə AMEA Naxçıvan bölməsinin dissertantı olub.
Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində işləyərək başlayıb. 2014-2018-ci illərdə "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-2021-ci illərdə həmin universitetin İdarəetmə fakültəsində dekan vəzifəsində işləyib. 2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 14 sentyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, 21 fevral 2024-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.
/Unikal / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb