Cümhuriyyətin QATİLİ: İldırımın BÖYÜK XƏYANƏTİ

Cümhuriyyətin QATİLİ: İldırımın BÖYÜK XƏYANƏTİTarixin qaranlıq səhifələrinə nəzər salanda millətin müstəqillik yolunda atdığı addımları daxildən sarsıdan xəyanət faktları hər zaman təəssüf hissi ilə xatırlanır.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutu sadəcə xarici təzyiqlərin deyil, həm də dövlətin ən strateji vəzifələrini tutan bəzi şəxslərin milli maraqlara zidd fəaliyyətinin nəticəsi idi. Bu şəxslər arasında Çingiz İldırım adı müstəqillik tariximizə öz ölkəsinə və andına xəyanət edən bir hərbçi kimi həkk olunub. Onun xidməti səlahiyyətlərindən istifadə edərək dövlətin müdafiə sistemini daxildən çökdürməsi 23 aylıq şərəfli bir yolun qanla sonlanmasına rəvac verib.
KONKRET.aztarixi sənədlərə istinadən xəbər verir ki, 1919-cu ilin əvvəlində Çingiz İldırım Azərbaycan Cümhuriyyətinin donanma komandanı vəzifəsinə gətirilib və Qarabağ general-qubernatorluğu yanındakı Şuraya üzv təyin edilib. Lakin bolşeviklərin Azərbaycana təzyiqlərinin artdığı kritik bir dövrdə o, öz həqiqi simasını və içindəki xəyanəti üzə çıxarıb. 1920-ci ilin 27 aprel gecəsi Çingiz İldırım komandanlıq etdiyi Azərbaycan donanmasından üçrəngli milli bayraqları endirərək onları qırmızı bolşevik bayraqları ilə əvəz edib.
Cümhuriyyətin QATİLİ: İldırımın BÖYÜK XƏYANƏTİBununla kifayətlənməyən xəyanətkar Bakını müdafiə etməli olan və bolşeviklərə təslim olmaq istəməyən 6 min nəfərlik Azərbaycan ordusunu Nargin adasında top atəşləri ilə mühasirədə saxlayaraq onları təslim olmağa məcbur edib. Öz hərbi rütbəsi və vəzifəsinin imkanlarından istifadə edərək paytaxtın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən Bayıldakı artilleriya sistemini də məqsədli şəkildə sıradan çıxarıb.
Tarixi faktlar göstərir ki, 28 aprel günü Çingiz İldırım Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə "2 saata hakimiyyəti bolşeviklərə təhvil verməsəniz, parlamenti başınıza yıxacağam!" məzmunlu ultimatum göndərərək müstəqil dövlətin varlığına son qoyulmasında birbaşa iştirak edib. Onun bu addımı müstəqilliyimizin süqutunu sürətləndirən ən ağır zərbələrdən biri kimi qiymətləndirilir.
Müstəqilliyin yıxılmasından sonra SSRİ-də yüksək vəzifələr tutsa da, Çingiz İldırım tarixin amansız ədalətindən qaçmağı bacarmayıb. 1938-ci ildə elə xidmət etdiyi sovet rejimi tərəfindən güllələnərək məhv edilib və vətənə etdiyi xəyanətin cəzasını öz canı ilə ödəyib.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 may 2026
f Paylaş

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xəbərlər.com dunyada son xeberler bugunun xeberleri