Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərdi
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərdi
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın üzvləri Avropa Parlamentinin 751 deputatına məktub göndərib.
İcmadan verilən məlumata görə, məktubda icma üzvləri Avropa Parlamentində təmsil olunan deputatlara azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası və qorunması, onların öz yurdlarına geri dönməsi istiqamətində qətiyyətli qərarlar qəbul edəcəyinə və ədalətli mövqe göstərəcəklərinə dair əminliklərini bildiriblər.
"Dünyada qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının arxa plana keçirildiyi bir vaxtda, siz, Avropa Parlamentinin deputatları bu ali vəzifənin icrasına başlamısınız. Çox təəssüflər olsun ki, müasir dünyada insan hüquqlarının bir çox nailiyyətlərinin zorakı hərəkətlərlə pozulduğunu müşahidə edirik.
Bu çətin dövrdə Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən azərbaycanlı məcburi köçkünlərin insan haqlarının müdafiəsi istiqamətində sarsılmaz iradə nümayişini sizlərdə görmək niyyətindəyik. Biz doğma yurdumuz Dağlıq Qarabağdan və ətraf rayonlardan zorla qovulan, etnik təmizləməyə məruz qalan insanlarıq", - deyə məktublarda vurğulanıb.
Məktubda qeyd olunub ki, insan hüquqları universaldır və Dağlıq Qarabağın azərbaycanlı icmasına münasibətdə seçimli şəkildə həyata keçirilə bilməz:
"Bizim vətənimizə qayıtmaq, məhrum olduğumuz əmlakımıza sahib çıxmaq, öldürülməkdən və ya etnik təmizləməyə məruz qalmaqdan qorxmadan ata-baba yurdumuzda ləyaqətlə yaşamaq hüququmuz var.
Biz, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni icması ilə birlikdə dinc yanaşı yaşamaq niyyətimizi açıq bəyan edirik. Bu baxımdan əminik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında birbaşa dialoq gələcək sülh və firavanlıq üçün uyğun imkan yaratmağa kömək edəcək.
Bu, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplər əsasında ədalətli həllinə öz töhfəsini verəcək". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı