Daha 42 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə yola salındı
Daha 42 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə yola salındı
COVID-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyyə edib.
Azərbaycanın Aktaudakı baş konsuluğundan AZƏRTAC-a verilən məlumata əsasən, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Merkuri" bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.
Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir. /oxu.az

Paşinyan və Pezeşkian bir arada - FOTO
Zəngilanda bir nəfər çayda boğulub
Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə
Paşinyan təcili Rusiyaya gedir - Nə baş verir?
Teymur Kərimov vəfat etdi
Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı
"Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir" - Partiya sədri
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
Süni intellekt iqtisadiyyata necə təsir edəcək? – İqtisadçı açıqladı
70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı
Dünya çempionatının 1/8 final mərhələsinə start verilir
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik