Daha bir əfsanə Azərbaycana gəlir
Azərbaycanlı iş adamı Emin Ağalarov Xəzər sahilində yerləşən "Sea Breeze" layihəsində "Nobu Hotel"in açılışda məşhur Hollivud aktyoru Robert De Nironun iştirak edəcəyini açıqlayıb.
azxeber.com Modern.az-a istinadən xəbər verir ki, Emin Ağalarov bu barədə qazaxıstanlı məşhur biznesmen və bloger Beybit Əlibəyovun videomüsahibəsi zamanı danışıb.
İş adamı "Sea Breeze"də həyata keçiriləcək yeni layihənin "Nobu" brendi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacağını bildirib.
Ağalarovun sözlərinə görə, kompleksin tərkibində 100 otaqlı hotel, 100 apart və təxminən 6 "Nobu" villası olacaq.
"Bu, "Nobu Hotel"dir. Mənim sevimli restoranımdır. Onlar 20 ildir ki, mənim partnyorlarımdır. Moskvada vaxtilə iki "Nobu" restoranım var idi", – deyə Ağalarov bildirib.
O qeyd edib ki, tikintiyə bu il başlanılması, paralel olaraq daşınmaz əmlakın satışına start verilməsi planlaşdırılır.
Ağalarov layihədə "Nobu SPA", "Nobu Hotel" və "Nobu" restoranının bir kompleksdə fəaliyyət göstərəcəyini deyib.
İş adamının sözlərinə görə, layihədə daşınmaz əmlakın satış qiyməti 7 min ABŞ dollarından başlayacaq.
Xatırladaq ki, "Nobu" dünya üzrə fəaliyyət göstərən məşhur restoran və hotel brendidir. Brendin yaradıcıları arasında yaponiyalı məşhur aşpaz Nobu Matsuhisa, aktyor Robert De Niro və biznesmen Meir Teper yer alır.
"Nobu" restoranları və hotelləri müxtəlif ölkələrdə fəaliyyət göstərir və premium seqmentə aid edilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı