Daha bir məşhur şirkət Rusiyanı TƏRK EDİR
Çinin "Huawei" şirkəti smartfonların Rusiyaya birbaşa çatdırılmasını tamamilə dayandırıb.
KONKRET.azxəbər verir ki, bu barədə bazar ertəsi "İzvestiya" qəzeti şirkətdə işləyən mənbəyə istinadən yazıb.
Məlumata görə, şirkət Rusiya bazarını tərk edə bilər.
"Huawei" həmçinin Rusiyaya planşetlər, noutbuklar, televizorlar və digər avadanlılar idxal etmir", – mənbə qəzetə bildirib.
"Telecom Daily"nin baş direktoru Denis Kuskov qəzetə bildirib ki, bəzi avadanlıqlar hələ də brendin rəsmi mağazasında satılır, lakin bunlar əvvəlki tədarüklərin qalıqlarıdır.
Yeni partiyaların olmaması "Huawei" onlayn mağazasının bağlanmasına səbəb ola bilər.
Qeyd edək ki, şirkət yazda Rusiyaya mobil rabitə üçün baza stansiyalarının tədarükünü dayandırıb.
Kuskovun sözlərinə görə, şirkət öz işçilərini Qazaxıstan və Özbəkistana köçürüb və onlar yaxın gələcəkdə geri qayıtmayacaq.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü