Daha bir ölkə COVID-19-a qarşı vaksin hazırladı
Almaniyada COVID-19 virusuna qarşı daha bir vaksinin sınaqdan keçirilməsinə icazə verilib.
Publika..az "RİA Novosti"yə istinadla xəbər verir ki, "IDT Biologika" biofarmasevtik şirkəti Almaniyada koronavirus vaksininin kliniki sınaqları üçün icazə alıb, Paul Erlix adına Vaksin və Biotibbi preparatlar İnstitutunun press-relizinə belə deyilir.
Almaniya İnfeksiya Tədqiqatları Mərkəzi (DZIF) ilə birlikdə hazırlanan vaksin 18 - 55 yaş arasındakı 30 iştirakçı üzərində sınaqdan keçiriləcək.
Peyvəndləmə dörd həftə aralığında iki mərhələdə aparılacaq. Kliniki sınaqların ikinci mərhələsi daha geniş miqyası əhatə edəcək və bu mərhələyə yaşlı könüllülər cəlb olunacaq.
Birinci mərhələnin sınaqları təhlükəsiz və effektli təsir bağışladığı halda, növbəti mərhələ cari ilin sonuna planlaşdırılır. Virusa qarşı hazırlanan vektor vaksini dəyişdirilmiş və zərərsiz hala gətirilmiş əsasda hazırlanıb. /publika.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək