Daha bir ölkə Ermənistana müşahidəçi GÖNDƏRİR
Çox yaxında Kanada Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasına qoşulmaq üçün Ermənistana iki müşahidəçi göndərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan İstisuda (Cermuk) Kanadanın xarici işlər naziri Melani Colinin Ermənistana səfərinə yekun vurarkən bildirib.
"Kanada Ermənistana müşahidəçi göndərmək arzusunu bildirən ilk qeyri Avropa Birliyi ölkəsi olacaq və yaxın vaxtlarda Ermənistana 2 müşahidəçi gələcək. Ümid edirik ki, Kanada gələcəkdə bu töhfəni genişləndirəcəkdir", – deyə Hovhannisyan bildirib.
Nazir müavini qeyd edib ki, səfər zamanı Kanada XİN başçısı humanitar yardım məsələlərinə də toxunub. Onun sözlərinə görə, Kanada Ermənistana yardımını üç dəfə artırıb.
Kanadanın xarici işlər nazirinin Cermuka səfərinin də simvolik əhəmiyyəti var idi.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli oktyabrın 26-da İstisuya (Cermuk) səfər edib. Kanadanın xarici işlər naziri Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının üzvləri ilə görüşüb.
Musavat.com

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ