Daha bir partiya fəaliyyətini DAYANDIRDI

Daha bir partiya fəaliyyətini DAYANDIRDIAzərbaycanda daha bir partiya fəaliyyətini dayandırıb.
KONKRET.az xəbər verir ki, bu, Tufan Kərimin sədrlik etdiyi, 2004-cü ildən fəaliyyət göstərən və 2008-ci ildə rəsmi olaraq qeydiyyata alınan Azərbaycan Milli Demokrat Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.
Qeyd edək ki, AMDP 1992-ci ildə Azərbaycan Respublikasının keçmiş daxili işlər naziri (1992-1993) İsgəndər Həmidov tərəfindən AXC bazasında qurulub. 1995–2003-cü illərdə İsgəndər Həmidov həbsdə olduğu üçün partiya rəsmi olaraq qeydiyyata alınmayıb.
Musavat.com-a göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:
"2004-cü ildə yüzlərlə demokratik fikirli və ali dövlətçilik dəyərlərinə sadiq vətəndaşımızın birliyi ilə qurulan Azərbaycan Milli Demokrat Partiyası ölkəmizdə həyata keçirilən siyasi proseslərdə aktiv iştirakı ilə fərqlənıb. Yarandıqdan qısa müddət sonra sürətlə təşkilatlanan Azərbaycan Milli Demokrat Partiyası ölkəmizdə müxtəlif vaxtlarda keçirilən parlament seçkilərinə vahid namizədlə qatılıb, seçkiöncəsi imzatoplama, təbliğat və təşviqat işlərində seçicilərdən böyük dəstək aləb.
Partiyamız ölkədə həyata keçirilən çoxşaxəli siyasətin müxtəlif aspektləri ilə bağlı davamlı olaraq ictimai maarifləndirmə işləri aparıb, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması üçün müxtəlif mətbuat orqanlarında təkliflər və təşəbbüslərlə çıxış edib.
2018-ci ildən ölkəmizdə başlanan yeni islahatlar dalğası Azərbaycan Milli Demokrat Partiyasının da fəaliyyətinin daha aktiv fazaya keçməsini şərtləndirib. Partiyamız ölkədə həyata keçirilən böyük əhəmiyyətli siyasi proseslərin əsas iştirakçılarından biri olub. Xüsusən, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən mütərəqqi siyasi partiyalar arasında formalaşdırılan yeni dialoq mühitində təmsil olunan Azərbaycan Milli Demokrat Partiyası ayrı-ayrı tədbirlərdə, görüşlərdə, aksiyalarda fəal iştirak edib.
Siyasi plüralizmi, söz və fikir azadlığını təqdir edən Partiyamız dövlət başçısı İlham Əliyev tərəfindən başladılan yeni islahatlar dalğasını və onun müsbət nəticələrini hər zaman təqdir etmişdir. İnsanlarımız arasında milli birlik, müxtəlif siyasi partiyalar arasında isə dövlətimizin inkişafı naminə siyasi həmrəylik son dövrlərdə ölkəmizi daha da gücləndirib, xalq, ordu, milli fikir birliyi dövlətimizi bizə qarşı olan tarixi ədalətsizlikləri aradan qaldırmaq üçün yenilməz gücə çevirib.
44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər ölkəmizin beynəlxalq nüfuzunu artırıb, Azərbaycanı qalib dövlətə çevirmiş və regionumuzda maraqları toqquşan dövlətləri Azərbaycanla hesablaşmağa məcbur etmişdir. Bu, Partiyamızın da əsas niyyət və məramı olub. Hesab edirik ki, qazanılan böyük qələbələr təkcə ərazi bütövlüyümüzü təmin etməyib, həm də insanlarımızın rifah halının yaxşılaşmasına, onların hüquq və azadlıqlarının yüksək təminatına və aktiv siyasətlə məşğul olan insanların dövlətimizlə, bugünkü legitim hakimiyyətlə fikir birliyinin yaranmasına səbəb olub.
Belə bir tarixi məqamda Azərbaycan Milli Demokrat Partiyası dövlətlə, hakimiyyətlə fikir birliyində olduğunu bəyan edir, üzvlərimizin qərarı ilə partiyamızın fəaliyyətinə son qoyulduğunu bildiririk.
Əminik ki, üzvlərimiz bundan sonra da ölkəmizdə demokratik ənənələrin daha da dərinləşməsi, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, siyasi proseslərin qanunvericiliyə uyğun həyata keçirilməsi yolunda öz fəal vətəndaş mövqelərində qalmaqda davam edəcəklər".
Daha bir partiya fəaliyyətini DAYANDIRDI

Siyasi       Tarix: 15 aprel 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal siyaseti xeberler bugun krminal bu gun