Daha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTO

Daha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində daha bir qrup Vətən müharibəsi qazisi yüksək texnologiyalı protezlərlə təmin edilib.
Aşağı və yuxarı ətrafları amputasiya olunmuş qazilərimiz əvvəlcə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezləşməyə hazırlıq mərhələsi keçiblər. Bu mərhələnin yekunu olaraq onlara yüksək texnologiyalı, ən müasir 4-cü nəsil elektron protezlə təminatı həyata keçirilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından Nazirlik ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq ətraflarını itirmiş hərbçilərin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işlərini aparır. Artıq 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib.
Onlardan 149-u aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən "Genium" tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Digər 15 nəfər isə yuxarı ətraflarını itirmiş qazilərdir ki, onlar  "ÖSSUR Touch Bionics" protezləri ilə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsi ilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır. "ÖSSUR i-Limb Ultra" bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur. Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.
Daha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTODaha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTODaha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTODaha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTODaha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTODaha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTODaha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTODaha bir qrup qazi ən müasir elektron protezlərlə təmin edildi - FOTO

Sosial       Tarix: 01 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az bugünki xəbərlər valyuta məzənnələri cəbhədən son dəqiqə