Damarları tıxanan xəstə bu 5 qidadan imtina etdi – NƏTİCƏ

Damarları tıxanan xəstə bu 5 qidadan imtina etdi – NƏTİCƏAzərbaycanda ölüm səbəbləri içərisində birinci yerdə 48%-lə ürək-damar, qan dövranı pozulması dayanır. Ürək və beyin qan damarları ilə yaşayır, minlərlə metr damarlarımız tutulubsa, qan normal dövr etmirsə, nəticə ya insulta aparır, ya da infarkta.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Rusiyada qanda yüksək xolesterini olan və damarların keçiriciliyi olan blogerlərdən biri dərman müalicəsindən öncə qidalanmasını dəyişib və bəzi qidalardan tamam imtina edib.
"Mən biləndə ki, xolesterol asta-asta, amma sonra birdən insanı məhv edir və xolesterin yeməyimizdən çox asılıdır, o zaman elə müalicəni də yeməkdən başlamaq qərarına gəldim.
Mənim ürəyim-bədənimin motoru yaxşı işləmirdi. Mən bunun real əlamətlərini görürdüm: yata bilmirdim, çox əsəbi idim, yol gedəndə nəfəs darlığım olurdu.
Hansı qidaları tamam çıxardım. Qeyd edim ki, qidaları 3 ay ərzində tamam çıxarmağa nail oldum. Əvvəlcə azaldırdım və ya başqa bir əvəzləyici qida seçirdim.
1. Bütün növ şirin, şəkərli qənnadı məmulatları
Onların hamısında trans yağ və şəkər var. Tortu, pirojnanı ad günlərində dadardım. Ümumiyyətlə, vafli, peçenye, ponçik, şirin un məmulatlarını həyatımdan sildim. Cəmi 3 aya bunu bacardım və nəticədə mən daha yaxşı yatmağa başladım, beynim sanki aydınlaşdı. Qanda xolesterin analizi verdikdə, kifayət qədər azalmışdı. Bir sözlə, qənnadı məmulatlarını azaltdıqdan sonra özümü normal adam kimi hiss etməyə başladım.
2. Yüngül karbohidratlar və doyuş yağları azaltdım.
Bunlara fast food qidalar, heyvan yağlarında hazırlanmış qızarma toyuq və s. aiddir.
3. Marqarindən uzaq
Söhbət marqarin yağı almaqdan getmir. Siz almırsız, amma onu sizə market, kafe, restoran, küçə yeməklərində yedizdirirlər.
Marqarin yağı tavada isinən kimi trans yağa çevrilir. Bu isə heyvani yağdan da pisdir.
Damarları tutan məhz bu yağdır. Eləcə də bəzi süd məhsulları, kolbasa, sosisdə də olur.
4. Qızarmış yeməklərə əlvida
Qızarmış yemək istərsizsə, kişik manqal və ya qril alıb, odun kömüründə dədə-babalarımız kimi
ətinizi, balığı, tərəvəzi közləmə, kabab bişirəcəksiniz.
5. Duz və şəkər tozu
Bunların təsirindən təzyiqim yüksəlirdi. Yeməyə demək olar, duz əlavə etməyi dayandırdım. Şəkər tozu almadım. Şəkəri və duzu meyvə-tərəvəzləri yeməklə almış olurdum.
Bunlardan imtina etdikdən sonra, qəribə bir şey hiss etməyə başladım: ağzımın dadı qayıtdı. Yediklərimin dadını hiss edirdim və bu mənə bu vaxta kimi yaşamadığım hissləri verdi.
Duz və şəkər damarlarda tromb yaranmasının səbəbidir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 12 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar kriminal xeberler cəbhədən video valyuta