Damarları tutulanlar necə qidalanmalıdır? - PƏHRİZ

Damarları tutulanlar necə qidalanmalıdır? - PƏHRİZSon 5 ildə iri damarları, arteriyaları tutulan, ateroskleroz xəstəliyindən əziyyət çəkən insanların, xüsusən gənc kişilərin sayında ciddi artım var. Bu gün ayağında, ürək damarlarında stend olmayan adam azdır.
Yer üzündə hər 3 insandan biri aterokslerozdan ölür. İndi 18-25 yaşlı gənclərdə başlayan xəstəlik damarların tutulması ilə başlayır.
Milli.Az medicina.az-a istinadən aterosklerozun səbəbi və bu xəstəlik zamanı qidalanma şərtləri barədə məlumatı təqdim edir.
Adətən ateroskleroz 40-65 yaş kişilərdə çox rast gəlinir. Amma son zamanlar qadınlarda da aşkarlanır.
Xəstəliyin səbəbləri: zərərli qidalanma, maddələr mübadiləsi pozğunluğu, oturaq iş, artıq çəki, qanda xolesterin yüksəlməsi, siqaret, içki, yüksək təzyiq, stress, genetika və s.
Necə qidalanmalı?
Çox yağlı, kalorili, heyvan mənşəli yağlardan az yeməli, çəkinin artmasına yol verməməli, gündəlik qidalanmada zülal, yağ və karbohidrat nisbəti belə olmalıdır: 1:1:3
Pəhriz 1
Bu pəhrizə bütün əhali təbəqələri əməl etməlidir ki, damarları tutulmasın.
Kəskin azaldılmalıdır: yumurta sarısı, qaraciyər, sala, kərə yağı, əridilmiş pendir, yağlı xama, yağlı ət, piy, yağlı süd.
Yeməklər yalnız bitki yağı - qarğıdalı və ya zeytun yağı ilə bişirilməlidir.
Ətdən - dərisiz toyuq, hind quşu, cavan dana əti, yağsız maı əti
Bütün növ balıqlar, dəniz məhsulları
Gündəlik qidanızda çox miqdar bitki tərkibli ərzaqlar olmalıdır: paxlalılar, meyvə, tərəvəzlər
Pəhriz 2
Daha kəskindir. Ateroskleroz olan, müalicə olunan xəstələrin qidasından tamamilə çıxarılmalıdır: yumurtanın sarısı, mal qaraciyəri, kərə yağı, iç-ciyər, süd və yağlı süd məhsulları.
Xəstəyə balıq, dietik pendir, kəsmik, paxlalılar, toxumlar, taxıl məhsulları, meyvə, tərəvəz verilməlidir.
Ateroskleroz xəstələri üçün ən yaxşı pəhriz Aralıq dənizi pəhrizidir.
Hazırda həkimlər damarlar üçün bir neçə yeni libid mübadiləsi tənzimləyici dərmanlar təyin edir, amma istənilən dərmanın əks təsiri var. Ona görə istər dərman, istər dərmansız bu xəstələr mütləq qidalanmasını dəyişməli və pəhrizə əməl etməlidirlər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 08 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar kriminal xeberler cəbhədən video valyuta