Damarların əsas düşməni bunlardır - SİYAHI
Münhen şəhərinin Texniki Universitetinin Profilaktika və İdman tibbi Mərkəzinin direktoru Martin Qalle insan bədənində olan qan damarlarının dörd əsas düşmənini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis bunları qeyd edib: siqaret çəkmək, qanda şəkərin yüksək səviyyədə olması, yüksək xolesterin, yüksək arterial təzyiq.
Alman professor izah edib ki, nikotin qəbulu zamanı damarlar sıxılır və bədənin bəzi nahiyələrinə qan gedib çatmır. Bu, qısamüddətli effekt olsa da, siqaret çəkmək insan orqanizminə yetərincə zərər vurur.
Şirniyyatın həddindən artıq çox yeyilməsi də zərərlidir. Alman mütəxəssis şirniyyatın damarların qoruyucu qatını məhv etdiyini qeyd edib.
Xolesterinin də yüksək dərəcədə olması təhlükəlidir. Bu, orqanik birləşmənin əmələyə gətirdiyi "piləkciklər" arteriyaları tıxayır, onları kövrək və qeyri-elastik edir.
Yüksək təzyiq zamanı da damarlara çətin olur. Bu halda qan onların sədlərini sıxmağa başlayır, bu isə damarların partlamasına gətirib çıxara bilər.
Damaların möhkəmləndirilməsi və onların sağlamlığının dəstəklənməsi üçün alman professor çoxlu tərəvəz, eləcə də yağ turşuları ilə zəngin yeməklər yemək, həftədə iki dəfədən az olmamaq şərti ilə təmiz havada gəzmək və çəkini nəzarətdə saxlamağı tövsiyə edir. Bir sözlə, sağlam həyat tərzi sürmək.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ