"Danışıqlar yolunda irəliləyiş əldə etmək şansı xeyli çoxalıb"

"Bakı və İrəvan arasında danışıqlar yolunda irəliləyiş əldə etmək şansı xeyli çoxalıb".
KONKRET.az  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.
O, Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin sonuncu görüşünün 20 noyabr 2023-cü il tarixində keçirildiyini qeyd edib.
"Görüş iki ölkənin sərhədində keçirildi, çünki sərhəd xətti hələ müəyyənləşdirilməlidir. Bu nümayəndə heyətlərinə hər iki tərəfin baş nazir müavinləri rəhbərlik edir, kommunikasiyaların bərpa olunmasına görə də onlar cavabdehlik daşıyırlar. Son altı ay ərzində danışıqlar müxtəlif səbəblərdən keçirilməyib, belə ki, tərəflərin "vasitəçilər", yəni danışıqların keçirilməsinə şərait yaradan tərəflərlə bağlı sualları yaranırdı", – E.Əmirbəyov deyib.
O, çox yaxın zamanda danışıqların növbəti raundunun k
eçiriləcəyini və Azərbaycan tərəfindən tərtib olunan və Ermənistana ilk dəfə bir ildən bir qədər əvvəl təqdim olunan bu sülh sazişi layihəsinin müzakirəsinin bərpa olunacağına ümid etdiyini bildirib.
"İki tərəf arasında razılaşmanın mətni üzrə fiziki danışıqlar olmadığından layihələrin mübadiləsi davam edir, yəni tərəflərdən hər biri sazişin növbəti layihəsində öz rəy və düzəlişlərini təqdim edir. Biz Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyiş əldə etmək şansının xeyli çoxaldığına inanırıq və bu cür düşünən təkcə biz deyilik", – E.Əmirbəyov deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində sülh yoluna ən böyük maneəni – Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz yerləşməsini – aradan qaldırmaq mümkün oldu.
"Artıq, 15 min hərbi qulluqçu ərazimizi tərk etdikdən sonra bu mövzu artıq aktual deyil. Bu səbəbdən artıq sülh sazişinin açıq qalan hissələrinin razılaşdırılmasını başa çatdırmalıyıq", – deyə E.Əmirbəyov əlavə edib.

Siyasi       Tarix: 03 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər xeberler bu gun hava durumu xeberler az