Daş böyrək çatışmazlığı əmələ gətirir
İnsan yaşa dolduqca bəzi xəstəliklərlə üzləşir. Bunlardan biri də öddə, böyrəkdə olan daşlardır ki, onların əmələ gəlməsində səbəb orqanizmdə olan çöküntülərdir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, böyrək paxlayabənzər cüt orqan olub, uzunluğu 10-12 santimetrdir. Gün ərzində böyrəklər 200 litr qan filtrasiya edir. Həmçinin böyrək arterial təzyiqin normada saxlanılmasında böyük rol oynayır, sümük toxumasının yaranmasında iştirak edir. Sidiyin əmələ gəlməsində və xaric olunmasında böyrəklərin rolu böyükdür. Bu zaman hansısa bir pozğunluq yarandıqda, böyrəkdə mineral çöküntülər əmələ gəlir. Get - gedə bu çöküntülər daşlaşır və böyrək daşı əmələ gəlir.
Böyrəkdə daş əmələ gəlməsinin əsas səbəblərindən bir də maddələr mübadiləsinin və su-duz balansının pozulmasıdır. Duz balansı pozulduqda böyrəkdə duzun miqdarı artır, duz daşlaşmağa başlayır. Oturaq həyat tərzi də böyrəkdə daş əmələ gəlməsinə səbəb olan amillərdəndir. Oturaq həyat şəraiti kalsiumun sümüklərdən xaric olmasını sürətləndirir, qanda kalsiumun miqdarı yüksəlir, sidiklə ifrazı artır. Bu da daş əmələ gəlməsini sürətləndirir.
Böyrək daşları müxtəlif olur:
· Urat
· Fosfat
· Oksalat
· Sistin
Qidada ət yeməklərinin üstünlük təşkil etməsi urat daşlarının, süd məhsullarının çox olması isə fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır. Müasir dövrdə daha çox oksalat daşlarına rast gəlinir. Sistin daşlara isə çox nadir hallarda rast gəlmək olur.
Kliniki əlamətlər
Daşlar ilk əvvəllər böyrəyin kasa-ləyən adlanan hissəsində əmələ gəlir. Burada olan zaman daş sidik axınına təsir etmir. Daş getdikcə sidik axınına düşür. Belə halda xəstədə dəhşətli ağrılar baş verir. Getdikcə daş daha da irəliləyir və sidik axarının mənsəbini tamamilə tutur. Bu zaman sidik xaric oluna bilmir, böyrəkdə yığışır. Ağrılar daha da kəskinləşir və bel nahiyəsinə, qarının aşağı hissələrinə vurur. Bu ağrılar aramla, günlərlə davam edə bilər. Belə halda hətta sidikdə qan da olur. Böyrək daşları sidik axınına mane olmadıqda, heç bir ağrı vermir. Böyrək daşı bəzən ürəkbulanma ilə də müşayiət olunur. Daşların uzun müddət böyrəkdə qalması, müalicə olunmaması böyrək çatışmazlığına gətirib çıxarır.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ