Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTO
Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTO
Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.
Azərbaycan dövlətçiliyinin xilaskarı, dünya səviyyəli siyasi xadim Heydər Əliyev bütün ömrünü güclü və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və onun hərtərəfli tərəqqisinə həsr edib. O, tarixin axarını dəyişən ideya və prinsipləri ilə Azərbaycanın bütün sahələr üzrə inkişafında yeni mərhələyə qədəm qoymasını təmin edib. Ulu öndərin əbədiləşən ömür yolu, vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərin nəticəsidir ki, bu gün Azərbaycan xalqı onu unutmur, hər il dərin hörmət və ehtiramla yad edir. Bu gün xalq ulu öndərə olan yüksək etimadı bir daha sübut edərək Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
Ulu öndərin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlının rəhbərliyi ilə hərəkatın katibliyi və 100-dən çox davamçı gənc Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
"Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı hərəkat adından ulu öndərin məzarı önünə əklil qoyub.
Davamçılar ümummilli liderin məzarına gül dəstələri düzərək öz hörmət və ehtiramlarını ifadə ediblər.
Sonra isə davamçılar Heydər Əliyevin ömür yolunu nümayiş etdirən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasındakı "Şöhrət" muzeyini ziyarət ediblər. Onlar nümayiş olunan müxtəlif materiallar, fotoşəkillər, arxiv sənədləri, mükafatlar, hədiyyələr ilə tanış olub, ulu öndərin mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı geniş məlumatlar əldə ediblər.
Sonda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkilib.









Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar