Davos Bakıya nə verdi?

Davos Bakıya nə verdi?Davos Forumu dünyanın həm iqtisadi, həm də ictimai-siyasi gündəminin müzakirə olunduğu ən mötəbər beynəlxalq platformalardan biridir. Dünyanın aparıcı dövlət və hökumət başçılarının, qlobal korporasiyaların, nüfuzlu beynəlxalq şirkətlərin, habelə beyin mərkəzlərinin iştirak etdiyi Forum dünyada gedən ümumi iqtisadi meyillər haqqında dolğun məlumat əldə etmək üçün geniş imkanlar açır.
Davos forumu ilk növbədə onunla maraqlıdır ki, burada Azərbaycanın Trans-Adriatik qaz boru kəməri (TAP) və Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya qaz nəqlində iştirakı sayəsində enerji bazarında yeni statusu bəyan olundu.
Biz Azərbaycanın adının hallandığı mərkəzi mövzunun "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz tədarükünün olduğunu görürük. Azərbaycan Prezidenti vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" ilə qaz 2020-ci ilin ortalarında nəql olunacaq. TANAP Avropanın qaz-nəqliyyat sisteminə 2019-cu ildə noyabrın sonunda qoşulub. TAP-ın işə salınması isə 2020-ci ildə planlaşdırılır.
Davos Azərbaycan üçün Avropa İttifaqı, Türkiyə, Azərbaycan və Rusiyanın maraqlarını birləşdirmək üçün məkandır.
Davos İqtisadi Forumu özünü təsdiqləmiş nüfuzlu iqtisadi platformadır. Azərbaycan isə bu forumun ən aktiv təmsilçilərindən biridir. Ölkə başçısı hər dəfə bu forumda fəal şəkildə iştirak edir və ölkənin iqtisadi potensialı barədə orada çalışan iş adamları, eləcə də mediaya ciddi məlumatlar verir. Eyni zamanda, bu forum çərçivəsində Azərbaycanın təbliği baxımından geniş işlər görülüb.
Davos Bakıya nə verdi?Azərbaycan Prezidentinin Davosa səfəri proses olaraq dövlət başçımıza olan yüksək diqqət, bunun əyani təzahürü kimi çoxsaylı dövlət və hökumat başçıları, dünyanın aparıcı maliyyə-iqtisadi qurumlarının, şirkətlərinin rəhbərləri ilə görüşlərin məhsuldarlığu da xüsusi önəm kəsb edən məqamların məcmusudur.
Əsas məsələlərdən biri də Davosa səfərin praktiki nəticələridir. Bu xüsusda Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanması, "Procter and Gamble Europe" şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsi, Azərbaycanın Naxçıvan və Qoşadaş yataqlarının Rusiyanın "LUKoil" şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunması, "Sighify" şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə olunması, "Carlsberg Group" şirkətinin Azərbaycana investisiyalarını artırmaq niyyətində olması, Azərbaycanda sığorta bazarının inkişafı üçün "Swiss Re" şirkəti ilə əməkdaşlıq məsələlərinin müzakirə olunması...
Prezident İlham Əliyev  Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib. Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group" arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.
Dövlət başçısı Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə də görüşüb. Görüşdə "VTB  Bank"ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Dövlət Neft Fondu ilə "VTB Bank" arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev "VTB Bank"ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.
Davos Bakıya nə verdi?Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib. Azərbaycan hər il bu forumda təmsil olunur və ölkəmizin dünyada nüfuzu daha da artır. Qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar.
İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin yaradılmasında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos İqtisadi  Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.  Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Göründüyü kimi, Azərbaycan Prezidentinin səfəri və keçirdiyi görüşlər Azərbaycanın xarici əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəhəng şirkətlərin Azərbaycanla əməkdaşlıq qurması və investisiya yatırmaq imkanlarının genişlənməsi, Azərbaycanın regional mərkəz, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
... Azərbaycan uzun illərdir ki, Davos Forumunda dövlət başçısı səviyyəsində iştirak edir. Bunun özü ölkəmizə olan yüksək etimadın göstəricisidir. Bu platforma Azərbaycan reallıqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün unikal fürsətdir. İş adamları Azərbaycanda investorlar üçün mövcud olan əlverişli mühit haqda məlumatlandırılır. Ölkə başçısı dünyanın nüfuzlu transmilli şirkətlərinin rəhbərləri ilə görüşü zamanı ölkəmizdəki biznes mühitinin etibarlılığı və siyasi sabitlik haqda onlara məlumat verir.
Əlbəttə ki, həmin şirkətlər üçün bu kimi informasiyaları ölkənin birinci şəxsindən əldə etmək çox dəyərlidir. Bu isə son nəticədə Azərbaycana investisiya axınının artmasını təmin edir".
Davos Bakıya nə verdi?Forum ölkəmizin dünyaya iqtisadi-siyasi inteqrasiyasını sürətləndirir. Reallaşdırdığı meqa layihələrlə regionun enerji xəritəsini yenidən cızan Azərbaycan bu platformada iştirak etməklə özünün beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq üçün əlverişli imkan açılır. Azərbaycan qlobal problemlərin həlli prosesinə töhfə verməklə dünya birliyinin etibarlı üzvü kimi mövqeyini bərkidir.
Ölkəmizin Davos Forumunda uğurlu iştirakı Ermənistanın regional və qlobal blokadasını daha da intensivləşdirir. Azərbaycan dünya dövlətlərini özü ilə əməkdaşlığa cəlb etməklə həm də Ermənistanı həmin dövlətlərdən uzaqlaşdırır. Bu isə strateji hücum diplomatiyası adlanır.
Azərbaycanın bu nüfuzlu və olduqca əhəmiyyətli bir təşkilatın forumlarında daim iştirak etməsi, ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafı üçün zəmin yaradan amillərdən biridir. Vurğulamaq istərdim ki, Azərbaycan 1995-ci ildən bəri Dünya İqtisadi Forumunun daimi iştirakçısıdır. Forumun 1995-ci ilin hesabat müzakirəsi üçün təşkil olunan tədbirində Azərbaycana həsr olunan məxsusi görüş təşkil olunub ki, burada ümummilli lider Heydər Əliyev respublikamızın zəngin neft-qaz resursları və Azərbaycanda xarici investisiya üçün potensial şəraitin mövcudluğu barədə dünya ictimaiyyətinə məlumat verib. Müstəqilliyimizin ilk illərində, müharibədən yenicə çıxan və iqtisadiyyatı pis vəziyyətdə olan ölkə üçün xarici investisiyaların cəlbi zəruri və prioritet məsələlərdən idi. Bütün bunları nəzərə alaraq ölkəmizin rəhbəri xarici səfərləri zamanı, iştirak etdiyi beynəlxalq forum və konfranslarda Azərbaycanda zəngin neft-qaz yataqlarını və bunların hasil və emalı üçün ölkədə hər cür şəraitin olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırıb.
Davos İqtisadi Forumuna Azərbaycan artıq dünya miqyasında nüfuz qazanan, "Əsrin müqaviləsinin" icra olunmasında yol qət edən bir dövlət kimi qatılmışdı. Forum zamanı müzakirə olunan məsələlər (İpək yolu, Qafqazın perspektivləri) və bu zaman Azərbaycanın mövqeyinin nəzərə alınması deməyə əsas verir ki, ölkəmiz nəinki regionda, həmçinin dünyada artıq sözü keçən, verdiyi sözə əməl edən dövlət hesab olunurdu. Əvvəllər sözügedən foruma qatılmaqla əsasən investor cəlb etmək üçün işlər görən, görüşlər keçirən, iqtisadi mühitinin münbitliyini diqqətə çatdıran Azərbaycan, sonradan Prezident İlham Əliyevin səyi ilə artıq ölkəmizin investisiya imkanlarını bütün dünyaya göstərdi.
Dünya İqtisadi Forumunun Azərbaycan və digər inkişaf etməkdə olan dövlətlər üçün belə əlverişli platforma yaratması mühüm əhəmiyyətə malikdir. Məhz belə bir platformada öz dövlət siyasətini təbliğ edərək, dünya dövlətləri üçün dəyərini, Avropanın enerji təminatında əhəmiyyətini artıran Azərbaycan sürətli inkişaf ilə regionda liderə çevrilməyə nail olub. Dünya İqtisadi Forumu kimi tədbirlərin imkanlarından faydalanan respublikamız dəfələrlə dünya dövlətlərinə əsaslandıra bilib ki, yalnız Azərbaycanın maraqlarına uyğun olan layihələr birmənalı şəkildə reallaşdırılacaq.
Davos Bakıya nə verdi?Davos İqtisadi Forumunun sonuncu yığıncağı barədə isə onu deyə bilərəm ki, hər il keçirilən toplantıda bir mövzu müəyyənləşdirilir.
Davos İqtisadi Forumu işə başlamamışdan öncə forumun prezidenti mətbuat konfransı keçirdi. Qeyd etdi ki, biz qloballaşmanın, həm də mənəvi tərəflərinə diqqət ayırmaq niyyətindəyik. Davos İqtisadi Forumunun bu məsələyə əslində yanaşması ondan xəbər verir ki, qloballaşma deyəndə iki istiqamətə diqqət ayrılmasına ehtiyac var. Onlardan biri qloballaşmadır. Digəri isə qlobalizm. Əslində qloballaşma ilə qlobalizmi Davos İqtisadi Forumu bir-birindən ayırıb. Qloballaşma texnoloji yeniliklərin, bütövlükdə qlobal iqtisadi sistemin qloballaşması anlamına gəlir. Amma qlobalizm yerli maraqların üzərində qlobal sistemin qurulmasıdır.
Qloballaşma nəticə etibarilə yalnız böyük ölkələrin deyil, həm də inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin də maraqlarına xidmət etməlidir. Bu kontekstdən, təbii ki, Davos İqtisadi Forumunun qloballaşmaya fərqli yanaşması var. Digər istiqamət, 4-cü sənaye inqilabıdır. Bu da çox fərqli bir yanaşmadır. Bunun da özəlliyi ondan ibarətdir ki, əvvəlki dövrlərdə sənaye inqilabı baş verəndə, o daha çox ənənəvi sənaye sahələrində texnoloji inqilab idi. İnqilab anlamına ona görə gəlinir ki, sənayedə texnoloji yeniliklər baş verir. Artıq sənaye inqilabına baxış dəyişib.
İndi 4-cü sənaye inqilabı texnoloji sahələrdə ənənəvi emaledici sənaye sektorlarında deyil, virtual maliyyə xidmətində, virtual ödənişlərdə, virtual valyutanın dövriyyəyə buraxılmasında özünü göstərir.
Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşlardan biridir. Sadəcə, bir fakta diqqət yetirmək lazımdır ki, bu gün Cənubi Qafqazda yaranan ümumi daxili məhsulun təxminən 65 faizi Azərbaycanın payına düşür. Söhbət ondan gedir ki, Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi təxminən 77 milyard dollardır. Onun da 45,15 milyard dolları Azərbaycanın payına düşür. Eyni zamanda, yalnız regiondakı mövqeyimiz deyil, həm də biz Avropa Birliyinin regionumuzla əməkdaşlığına diqqət yetirsək, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi 15 milyard dollardır. Həmin ticarət dövriyyəsinin 11,2 milyard dolları Azərbaycanın payına düşür. Bütövlükdə ümumi ticarət dövriyyəsinin 2,6 milyard dolları Gürcüstanın, 1,1 milyard dolları isə Ermənistanın payına düşür. Yəni bu, o deməkdir ki, Avropa Birliyinin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 75 faizini Azərbaycan formalaşdırır. Təbii ki, bunlar da Davos İqtisadi Forumu və bu tip iqtisadi forumlar üçün Azərbaycanın əhəmiyyətini göstərən amillərdir. Söz yox ki, Azərbaycan investisiya cəlb etməkdə maraqlıdır. Amma şirkətlər də bazarlar axtarırlar. Bu baxımdan Davos İqtisadi Forumu bizim üçün nə qədər əhəmiyyətlidirsə, ölkəmizlə əməkdaşlıq da Davos İqtisadi Forumu üçün bir o qədər mühümdür.
Orxan Hun
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 528   Tarix: 26 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Access2Success Lənkəranda qadın sahibkarların biznes bacarıqlarını inkişaf etdirməyə dəstək oldu

AccessBank qadın sahibkarlığının gücləndirilməsi istiqamətində həyata keçirdiyi regional "Access2Success: Biznes idarəçiliyinin əsasları" təşəbbüsünü bu dəfə Lənkəran şəhərində reallaşdırdı. xəbər verir ki, görüşd

5 Gün 5 Gecə tarixi endirimlər olacaq

Tamstore marketlər şəbəkəsi 5-9 noyabr tarixi aralığında "5 gün, 5 gecə Tarixi Endirimlər" sloqanı ilə bütün mağazalarında gündəlik təlabat məhsullarında xüsusi endirimlər təklif edəcək. xəbər verir ki, endirimd

Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi

Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir "Zeekr 001" qalibi bəlli olub. Həftəlik tirajın nəticələrinə əsasən, 5-ci lüks avtomobil qalibi Sevda Əsədovadır. Qeyd edək ki, Sevda Əsədova lotereyad

8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır - FOTOLAR

7 noyabr 2025 tarixində yeni HONOR X9d smartfonunun Azərbaycanda rəsmi satışı başladı. Bu model rekord göstəriciyə malik 8300 mAh silikon-karbon batareyası ilə təchiz edilmiş möhkəm cihazdır. xəbər verir ki, HONOR X9d qabaqcı

Birmarket ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır - FOTOLAR

Azərbaycanın aparıcı e-ticarət platforması Birmarket3 noyabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində Ticarətçilər Forumu keçirib. Forumun məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri bir araya gətirərə

Berlin Türk-Alman İşəgötürənlər Birliyində Marsol Group nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib - FOTOLAR

Azərbaycanlı sahibkarların beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və Avropa bazarlarında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən Marsol Group-un Avropa səfəri çərçivəsində 26 oktyabr tarixind

Naxçıvandakı bu şəxslər 10 il vergidən azad olunur

İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri və vergidən azadolmalar Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil ediləcək. -a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisad

Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır

Ölkənin ilk rəqəmsal bankıBirbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeni dövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb. xəbər verir ki, belə kiBakıKart-la birgə həyat

Torpağa gübrə veririk, bəs bitki niyə qidalanmır? – Qışa hazırlığın əsas sualı

Fermer torpağa gübrə verir, suvarmanı vaxtında aparır, amma bitki yenə də zəif böyüyür. xəbər verir ki, yarpaqlar solur, kök sistemi inkişaf etmir, məhsul gözlənildiyi kimi bol olmur. Bəs problemin kökü nədədir? Torpağa verilə


azerbaycan xeberleri yeni xeberler son xeberler xankendi cəbhədən görüntülər son xabar bugünki xəbərlər