Daxili qanaxma nədir? - Əlamətləri, səbəbləri və ilkin tibbi yardım

Daxili qanaxma nədir? - Əlamətləri, səbəbləri və ilkin tibbi yardımDaxili qanaxma qanın orqanizmin təbii boşluqlarına (mədə, sidik kisəsi, uşaqlıq, ağciyərlər, oynaq boşluğu və s.) axması, yaxud axmış qanın yaratdığı süni boşluğa (retroperitoneal, əzələlərarası və s.) toplanması ilə xarakterizə olunan vəziyyətdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, travmalar və xroniki xəstəliklər nəticəsində inkişaf edə bilər. Daxili qanaxmanın simptomları onun lokalizasiyasından və itirilən qanın həcmindən asılıdır. Adətən, onlar başgicəllənmə, zəiflik, yuxululuq, huşun itirilməsi və s. kimi ümumi xarakter daşıyır. Xarakterik əlamətləri olmadığından daxili qanaxmanın diaqnostikası çox çətindir. Klinik halların çoxunda xəstənin həyatı üçün təhlükə törədir.
Daxili qanaxmanın bir neçə təsnifatı mövcuddur:
-İtirilmiş qanın həcminə əsasən: yüngül və ölümcül
-Zədələnməş damarın xarakterindən asılı olaraq: arterial, venoz, kapilyar və qarışıq (məs., arteriyadan, venadan və ya venadan və kapilyardan)
-Sızmış qanın toplandığı yerdən asılı olaraq: boşluq (plevral, periton və s. boşluqlar) və toxumadaxili (toxumaları qidalandıran damarlardan toxumanın içərisinə)
-Aşkar qanaxma əlamətlərinin olub-olmamasından asılı olaraq: aşkar və gizli formalar. Aşkar formada qan hətta bir müddət sonra və dəyişilmiş şəkildə olsa belə təbii dəliklərdən "çıxır"; məs., nəcisi qara rəngə boyayır. Gizli formada isə qan bədənin daxilində qalır.
-İnkişaf müddətindən asılı olaraq: birincili və ikincili. Birincili forma damar divarının travmatik zədələnməsindən dərhal sonra yaranır; ikincili forma isə travmadan bir müddət sonra inkişaf edir.
Səbəbləri
Daxili qanaxmanın səbəbi həm travma, həm də xroniki xəstəliklər ola bilər. Qarın boşluğuna massiv, həyati təhlükəli posttravmatik qanaxmaya qarnın küt travmaları nəticəsində dalaq və qaraciyərin, nadir hallarda mədəaltı vəzin, bağırsaqların və ya mezenteriumun (zərbə, hündürlükdən yıxılma, avtomobil qəzaları və s. zamanı) zədələnməsi səbəb ola bilər.
Plevral boşluğa qanaxma, adətən, qabırğaların çoxsaylı sınıqları zamanı qabırğaarası damarların və plevranın zədələnməsi nəticəsində inkişaf edir. Tək-tük hallarda onun səbəbi 1-2-ci qabırğaların sınıqları olur. Bundan əlavə oynaq boşluğuna qansızma həm oynaqdaxili sınıqlar, həm də zədələnmələrin nəticəsi ola bilər. Həyat üçün birbaşa təhlükə törətmir, lakin müalicə olunmadıqda ciddi ağırlaşmalara səbəb ola bilər.
Daxili qanaxmaların klinik halları içərisində mədə-bağırsaq traktının xroniki xəstəlikləri (bədxassəli şişlər, bağırsaq və mədə xoraları, eroziv qastrit, qaraciyər sirrozunda qida borusu venalarının varikoz genişlənməsi və s.) nəticəsində inkişaf etmiş hər hansı bir orqanın boşluğuna qanaxma əhəmiyyətli yer tutur.
Daxili qanaxmaların daha bir geniş yayılmış səbəbi ginekoloji xəstəliklərdir (yumurtalıqların partlanması, uşaqlıqdankənar hamiləlik və s.). Ginekoloji praktikada daxili qanaxmalara abortlardan sonra rast gəlinir. Bundan başqa, plasentanın anormal yerləşməsi və ya vaxtından əvvəl soyulması, plasentanın doğulması ləngidikdə doğuşdan sonra qanaxmalar, uşaqlıq yollarının və uşaqlığın cırılması mümkündür.
Simptomları
Daxili qanaxmanın ümumi, erkən əlamətləri ümumi zəiflik, yuxululuq, dəri və selikli qişaların solğunluğu, başgicəllənmə, soyuq tər, hərarət, gözlərin qaralmasıdır.
Az qan itkisi zamanı nəbzin nəzərə çarpmayan sürətlənməsi müşahidə edilir.
Orta ağırlıqlı qanitirmə zamanı isə nəbzin sürətlənməsi, dəri solğunluğu, ətrafların soyuması və tənəffüsün tezləşməsi qeyd olunur. Ağızda quruluq, huşun itirilməsi, başgicəllənmə, ürəkbulanma, adinamiya, nəzərə çarpan zəiflik, reaksiyaların ləngiməsi mümkündür.
Ağır hallarda isə tənəffüs ritmlərinin sürətlənməsi və pozulması, yapışqan soyuq tər, əsnəmək, patoloji yuxululuq, əllərin tremoru, gözlərin qaralması, laqeydlik, apatiya, ürəkbulanma və qusma, xaric olunan sidiyin azalması, üzücü yanğı, huşun alaqaranlıqlaşması, dəri və selikli qişaların kəskin solğunluğu, ətrafların, dodaqların və burun-dodaq üçbucağının sianotikliyi qeyd olunur. Ölümcül qanitirmə zamanı koma inkişaf edir.
Daxili qanaxma zamanı ilk yardım
Pasiyentin maksimal sürətlə ixtisaslaşdırılmış yardım şöbəsinə çatdırılması vacibdir. Xəstə sakitlik vəziyyəti ilə təmin edilməlidir. Hemotoraks və ya ağciyər qanaxmasına şübhə olduqda xəstəyə yarımoturaq vəziyyətə gətirilir. Başqa orqanların qanaxmaları zamanı düz səthdə uzadılır. Qanaxmanın ehtimal olunan mənbəyi nahiyəsinə soyuq (məs., buz kisəsi) qoymaq lazımdır. Xəstə nahiyəni istiyə məruz qoymaq, klizma etmək, işlədicilər və ya ürək fəaliyyətini stimulyasiya edən preparatlar vermək qəti qadağandır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 06 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler siyaseti xeberler bugun novruz bayramı