"Delta" ştammının kliniki əlamətləri dəyişib - XƏBƏRDARLIQ
"Həssas bir dönəmdə yaşayırıq. Öz istəyimizdən asılı olmayaraq, həyat tərzimiz də dəyişir. Gündəlik işimizi də, sosial qayğılarımızı da bu ümumbəşəri bəlanın diktəsinə uyğun tənzimləyirik".
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov koronavirusun yeni ştammının kliniki əlamətlərinin dəyişdiyini bildirib:
"Əvvəllər "alfa", "beta" ştammlarına yoluxan xəstələr daha çox iybilmə, dadbilmə hissinin itməsindən, kürəkdə ağrıların olmasından şikayətlənirdilər. Hazırda "Delta" ştammı ilə xəstələnənlərin ən çox şikayət etdikləri əlamətlər isə boğazda ağrının, qıcıqlanmanın olması, udqunma zamanı diskomfortun yaranması, baş ağrılarıdır. Hərarətin yüksəlməsi isə virusun bütün ştammları üçün xarakterikdir".
Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev isə hazırkı vəziyyətin epidemioloji cəhətdən bir qədər gərgin olduğunu, buna baxmayaraq, böyük bir təhlükə gözləmədiyini vurğulayıb.
Bildirib ki, ölkə səhiyyəsi koronavirusla bağlı tədbirlər sistemi hazırlayıb həyata keçirir və yaxın gələcəkdə aparılan işlərin nəticəsini görmək mümkün olacaq:
"Əhalinin bütövlükdə peyvəndlənməsində əsas məqsəd kütləvi immunitetin yaranmasına nail olmaqdır. Vaksinasiya həm yoluxmanın qarşısını alır, həm də yoluxanlarda xəstəliyin yüngül keçməsinə kömək edir. Müşahidələr də göstərir ki, reanimasiyaya düşənlərin böyük əksəriyyəti vaksin olunmayanlardır. Əhalinin ən azı 70 faizi vaksinasiyadan keçməlidir ki, kütləvi immunitet yaransın".
Hər iki mütəxəssis canlı təmasları minimumuma endirməyi, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyi, kütləvi tədbirlərə qatılmamağı məsləhət görür.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR