"Delta" və "Delta plus" ştammlarından necə qorunaq? - AÇIQLAMA
İki ilə yaxıdır davam edən pandemiyada COVID-19-a qarşı mütəmadi olaraq mübarizə aparılsa da virusun mutasiyaya uğrayan Böyük Britaniya və Hindistan ştammları, o cümlədən "Delta" və "Delta plus" ştammları dünyada sürətlə yayılmağa başlayıb. Bunlardan ən ağırı və daha çox yoluxucu olanı isə "Delta" ştammıdır. Bu virusdan necə qoruna bilərik?
Azxeber.com xəbər verir ki, bu haqda "Real TV"yə danışan həkim-infeksionist Natiq Əliyev, virusdan qorunmağın yeganə yolunun müəyyən izolyasiya qaydalarına əməl etmək olduğunu bildirib:
"Bu virusdan fərqli izolyasiya qaydaların əməl etməklə qoruna bilərik. COVID-19 əleyhinə aparılan vaksinasiya prosesinin bütün ştammlar üçün effektiv olduğunu nəzərə alsaq, onlar "Delta" ştammına yoluxsalar da, peyvənd vurulubsa həmin şəxslərdə xəstəlik yüngül formada olacaq".
Mütəxəssislərin sözlərinə görə, bu ştammdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. Hazırda ölkəmizdə hökm sürən sabit epidemioloji vəziyyət də indiyə qədər aparılan düzgün peyvəndlənmə prosesindən xəbər verir.
Qeyd edək ki, virusun əvvəlki simptomları öskürək, temperatur, dad bilmə və qoxu bilmə qabiliyyətinin itirilməsi idisə, "Delta" ştammının əsas simptomları baş ağrısı, burun axması, asqırma və boğaz ağrısıdır. Əvvəl yaşlılar bu virusa tez yoluxurdusa, hazırda gənclər daha çox üstünlük təşkil edir.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR