"Dəmir yolları sahəsində ciddi yoxlamalara ehtiyac var" — Vahid Əhmədov qatar qəzasından DANIŞDI

Xəbər verdiyimiz kimi, Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarının 3-4 vaqonu Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissədə relsdən çıxıb. Nəticədə vaqonlarda olan taxta və şalban kimi inşaat materialları dağılıb və sahibkarlara ciddi zərər dəyib. Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur. "Azərbaycan Dəmir Yolları" QSC isə məsələ ilə bağlı rəsmi məlumat verməyib. (Mənbə: Bizim.media)
Demokrat.az xatırladır ki, bu qəza hadisəsi birinci hal deyil. Bir neçə ay öncə Bakı–Tbilisi–Qars dəmir yolu xəttində baş vermiş qəzada 1 nəfər soydaşımız həyatını itirmişdi. 
Bəs, Azərbaycan Dövlət Büdcəsindən milyonlarla dotasiya alan və buna baxmayaraq, hələ də özünü dolandıra bilməyən "Azərbaycan Dəmir Yolları" QSC niyə işini düzgün qura bilmir?
Son vaxtlar dəmir yolu xəttlərində tez-tez baş verən qəzalara səbəb nədir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışıb. 
Onun sözlərinə görə, ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları" QSC bu sahəyə lazımı diqqət göstərə bilmir. 
Vahid Əhmədov deyib ki, "Azərbaycan Dəmir Yolları" QSC dəmir yolu xəttlərində baş verən qəzaların qarşısının alınması ilə bağlı lazımı tədbirləri gücləndirməlidir: 
"Bu cür xoşagəlməz hadisələr təkrar olunmamalıdır, çünki bu cür hadisələr iqtisadiyyatımıza kifayət qədər ziyan vurur və nəticədə sahibkarlar zərər çəkirlər. Baş vermiş son qəza ilə bağlı da düşünürəm ki, ola bilər texniki şöbə vaxtı-vaxtında yoxlamalar aparmayıb. 
Ümumiyyətlə, dəmir yolu belədir ki, onu müntəzəm olaraq yoxlamaq lazımdır. Çünki havanın isti olması, temperaturun dəyişməsi dəmir yolu relslərinə öz təsirini göstərir. Dəmir yolunun bu sahədə çalışan ciddi inspeksiyası, işçiləri var. Yəqin ki, son vaxtlar ciddi yoxlamalar aparılmayıb, yaxud da yoxlamaları başa çatdırmayıblar ki, belə hadisələr baş verir. Bu artıq dünyada sübut olunmuş bir aksiomadır. Onsuz da havalar çox isti keçir. "Azərbaycan Dəmir Yolları" bunu nəzərə almalıdır. İstiləri nəzərə alaraq 2-3 gündən bir dəmir yollarında ciddi yoxlamalar aparmaq lazımdır. İndi insan itkisi olmasa da, müəyyən qədər sahibkarlara və mallara ziyan dəyib. Həm daha əvvəl Bakı–Tbilisi–Qars dəmir yolu xəttində, həm də indi Siyəzəndəki qəzalar onu göstərir ki, dəmir yolları sahəsində ciddi yoxlamalara ehtiyac var". / azxeber.com

Sosial       Tarix: 16 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 futbol xeberleri cəbhədən görüntüleri en sonxeber