"Dəmir yumruq" - xalq və ordu birliyinin təcəssümü

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasəti 200 ildən artıqdır. Erməni millətçilərinin ideologiyası xəyanət, satqınlıq, başqa xalqların tarixi-mədəni irsini  mənimsəmək, bir sözlə, hər cildə girmək kimi dəyərlər əsas prinsip kimi götürülür. 
İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun qəhrəmanlığı hesabına ermənilər 200 ildə görmədikləri ən ağır zərbəni aldılar. Xalq-iqtidar birliyinin rəmzinə çevrilən dəmir yumruq ermənilərə ilk dəfə olaraq son iki əsrdə kim olduqlarını anlatdı. 
Ötən ilin sentyabrın 27-də səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhədə Ermənistan tərəfindən təxribat törədilməsi nəticəsində ölən və yaralıların olduğu barədə bəyanat yaydı. Bundan sonra Azərbaycan tərəfi əks hücum əməliyyatlarına başladığını bildirmişdir. Bildiyimiz kimi, cəbhədə döyüşlər başlandıqdan sonra Ermənistan tam, Azərbaycan isə qismən hərbi səfərbərlik elan etmişdir. Cəbhədə şiddətli döyüşlər getdiyi müddətdə Azərbaycan tərəfi oktyabrın 3-də ilk azad olunan əraziləri rəsmi elan etdi. Ali Baş Komandan Prezident İlham Əliyev Tərtər rayonu ərzisindəki Suqovuşan su anbarının və müxtəlif rayonların ərazisindən 7 kəndin azad olunduğunu açıqladı. Beləliklə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. 
Bundan sonra 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi. 
Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olundu, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Prezident İlham Əliyev dərin biliyi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi. Əsasən də qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə bütün görüşlərində, müsahibələrində bu barədə danışıbdır. 
Gördüyümüz kimi, İkinci Qarabağ müharibəsi zamanı xalq-hakimiyyət birliyidə ən yüksək səviyyədə nümayiş olunmuşdur.  Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruhyüksəkliyi ilə qarşılanmışdır. 
Bir sözlə, Azərbaycan xalqının 30 ildən sonra doğma torpaqlarına qovuşmaq arzusu reallaşdı. Prezidentimiz işğaldan azad olunmuş şəhərlərə səfər edərkən Qarabağla bağlı gələcək planlarını açıqladı. Bəyan etmişdir ki, bütün şəhər və kəndlər baş plan əsasında bərpa olunacaq. Artıq bu gün Qarabağda böyük quruculuq işləri aparılmaqdadır. İrimiqyaslı layihələrin icrası soydaşlarımızın doğma yurdlarında dayanıqlı məskunlaşmasına imkan yaradır. Böyük Qayıdış proqramı çərçivəsində bu günədək minlərlə məcburi köçkünün Zəngilanda, Laçında, Füzulidə və Şuşada bərpa edilən və ya yeni salınan yaşayış məntəqələrində məskunlaşdırılması təmin edilib. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində azan səsi eşidilir, o torpaqların yeni dövranı başlayır.
Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi, yenilməz xalq olduğumuzu göstərdi. "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı.
Yerigəlmişkən qeyd edək ki, Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. Onu da deyim ki, Qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi həmişə gücümüzə güc qatır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində öz gücünü göstərdi. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. Bu ilin sentyabrın 19-da erməni separatçıların törətdikləri terrora da cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı. Nəticədə erməni silahlıları tərksilah edildi, severenliyimiz tam bərpa edildi.
Zəfər gününüz mübarək.!!!
Akif Rəfiyev: Əməkdar hüquqşünas, Qarabağ müharibəsi veteranı, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri / azxeber.com

Siyasi       Tarix: 10 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib. KONKRET. -a istinadən xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanl

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar axsam az xeberler sou xeberler bugun xankendi