Deputat: "Azərbaycan Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi

Deputat: "Azərbaycan Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdiDeputat: "Azərbaycan Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi"
Noyabrın 10-u bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu qələbə bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan ordusunun gücünü və qürurunu bir daha sübut etdi. 
Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a deyib.
O bildirib ki, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlmiş fəaliyyətimiz sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatları ilə 42 günlük Vətən müharibəsindən sonra Şuşanın işğaldan azad olunması ilə bitdi. Belə ki, müzəffər Azərbaycan ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi:
"Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi. 
Bu bəyanat qan tökülməsinin qarşısının alınması, insanların yaşamaq hüququnun təmin olunması, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin təmin edilməsi –  Azərbaycanın çətinliklə əldə olunan davamlı qələbəsidir. 
Xüsusilə, 30 illik işğal altında olan Qarabağın hər bir rayonunun noyabr ayının sonunadək Ermənistan Respublikasının silahlı qüvvələrindən tamamilə təmizlənməsi Qarabağ ərazisində yaşayan və yaşayacaq Azərbaycan vətəndaşlarının burada Azərbaycan sərhədləri və qanunları çərçivəsində yaşamağa başlamalarını təmin etməklə, qısa müddət ərzində Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin, Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin təkmilləşməsinə imkan verəcək". 
Deputat bildirib ki, bəyanat, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarının iştirakı ilə sülhün, əmin-amanlığın qorunmasına yönəlik sülhməramlı mərkəzlərin təşkil olunmasına, hərbi əsrlərin, girovların, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsinə şərait yaradacaq:
"Bu bəyanat beynəlxalq hüquq və prinsiplərə, ədalətli, uzunmüddətli son sülh müqaviləsinin imzalanmasına təkan verəcək. Bu, doğrudan da Azərbaycan xalqının, bütün Azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır. 
Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək yenilməz Azərbaycan sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcək". 

Siyasi       Tarix: 10 noyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe apa.az xeberler butun xeberler xeberlər