Deputat: Azərbaycan Türk və İslam dünyasının etibarlı tərəfdaşıdır

Deputat: Azərbaycan Türk və İslam dünyasının etibarlı tərəfdaşıdır"Son günlər ölkəmizin paytaxtı Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsi, eyni zamanda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü, ölkəmizin həm Türk dünyasında, həm də İslam aləmində artan nüfuzunu bir daha təsdiqləyir"
azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Rövşən Muradov deyib. 
O qeyd edib ki, hazırda Azərbaycan dünyada gedən proseslərə biganə qalmayan, siyasi gündəmi formalaşdıran bir mərkəzdir:
"Hazırda Azərbaycan dünyada gedən proseslərə biganə qalmayan, siyasi gündəmi formalaşdıran, regional təşəbbüsləri nəticəyə çevirən və beynəlxalq əməkdaşlığa məzmun verən strateji bir mərkəzdir. Əvvəla, adı çəkilən Konfransın 20-ci sessiyasının paytaxtımızda keçirilməsi, 40-dan çox ölkənin qatıldığı, 10-dan artıq parlament rəhbərinin və 400-dən çox nümayəndənin doğma şəhərimizə gəlişi ölkəmizin İslam dünyasında qazandığı etimadın konkret göstəricisi hesab oluna bilər. Sessiyanın "Parlament əməkdaşlığı vasitəsilə İƏT-nin üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusuna həsr olunması isə bir daha göstərir ki, İslam həmrəyliyi müasir mərhələdə yalnız mənəvi bağlılıq anlayışı ilə məhdudlaşmır və getdikcə bu həmrəylik iqtisadi inkişaf, sosial ədalət, hüquqi koordinasiya, sivilizasiyalararası dialoq və parlament diplomatiyası üzərindən real siyasi mexanizmə çevrilir".
Parlamentari qeyd edib ki, tədbir çərçivəsində Bakı Bəyannaməsinin qəbul edilməsi isə sessiyanın ən mühüm institusional nəticələrindən biridir: 
"Tədbir çərçivəsində Bakı Bəyannaməsinin qəbul edilməsi isə sessiyanın ən mühüm institusional nəticələrindən biri olmaqla, ölkəmizin ev sahibliyi etdiyi tədbirin yalnız təşkilati uğurla tamamlanmadığını, eyni zamanda İslam dünyasında hüquqa əsaslanan əməkdaşlıq, parlament diplomatiyası və ortaq siyasi mövqe formalaşdırmaq baxımından da nəticə doğurduğunu açıq nümayiş etdirdi".
"Ümumiyyətlə, belə bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın İslam dünyasındakı mövqeyinin dövlətçilik fəlsəfəsi ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin siyasi xəttində İslam həmrəyliyi emosional çağırış kimi deyil, beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə, qarşılıqlı hörmətə və mədəni irsin qorunmasına əsaslanan strateji əməkdaşlıq modeli kimi təqdim olunur və bu prinsiplərə söykənərək ölkəmiz islamofobiyaya qarşı ideoloji mübarizədə, müsəlman dövlətləri arasında siyasi dialoqun gücləndirilməsində və beynəlxalq platformalarda ədalətli mövqenin müdafiəsində məsuliyyətli tərəf kimi çıxış edir. Beləliklə, Azərbaycan bu gün Türk dünyasında birləşdirici iradə, İslam aləmində etibarlı tərəfdaş, Avrasiya məkanında isə sabitlik və əməkdaşlıga sadiq olan dövlətdir",-deyə deputat bildirib.
Şahanə Ziyad

Siyasi       Tarix: 30 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan parlamenti TRIPP sazişini təsdiqlədi: Vaşinqtonla bağlı qalmaqallı sənəd qəbul olundu

Ermənistan parlamenti Ermənistan ilə ABŞ arasında "Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini rəsmən ratifikasiya edib. xəbər verir ki, Ermənista

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xəbər iqtisadiyyat xeberleri bugun hava haqqinda