Deputat: 'Azərbaycanın investisiya reytinqi xarici investorların marağını artırır

Deputat: 'Azərbaycanın investisiya reytinqi xarici investorların marağını artırır"Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya reytinqinə malik olması xarici investorların ölkəyə marağını artırır".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib.
Deputat bildirib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşlardan biridir:
"İyunun 1-dən ölkəmizdə Bakı Enerji Həftəsinə start verilib və bu çərçivədə bir sıra mühüm tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də Bakı Enerji Forumudur. Forumda Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq enerji əməkdaşlığı sahəsində rolu ilə bağlı mühüm mesajlar verdi. Bu mesajlar həm ölkəmiz, həm də beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir. Ölkəmiz alternativ enerji mənbələrinin inkişafı və enerji marşrutlarının şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Avropa da enerji mənbələrinin diversifikasiyası istiqamətində ardıcıl addımlar atır. Bu baxımdan tərəflərin maraqları üst-üstə düşür. Dövlət başçısı qeyd etdi ki, bir il əvvəl keçirilən forumda Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyi bildirilmişdi. Hazırda isə bu rəqəm 16-ya yüksəlib. Həmin ölkələrin 12-si Avropa dövləti, onlardan 10-u isə Avropa İttifaqının üzvüdür".
Elman Nəsirov qeyd edib ki, ilin sonunadək 2 giqavat həcmində yaşıl enerji potensialının istifadəyə verilməsi planlaşdırılır:
"Prezident vurğuladı ki, Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında düzgün enerji siyasəti dayanır. O xatırlatdı ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ölkənin sonrakı inkişafının təməlini qoyub. Bu siyasət nəticəsində güclü iqtisadiyyat və güclü ordu formalaşıb. Güclü ordu olmasaydı, torpaqlarımızın işğaldan azad edilməsi mümkün olmazdı.
Dövlət başçısı Azərbaycanın yaşıl enerji strategiyasına da toxundu. Bildirdi ki, ölkə ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji sahəsində də iri layihələr həyata keçirir. Cari ilin sonunadək 2 giqavat həcmində yaşıl enerji potensialının istifadəyə verilməsi nəzərdə tutulur. 2032-ci ilə qədər isə bu göstəricinin 8 giqavata çatdırılması planlaşdırılır".
Deputatın sözlərinə görə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan olunub:
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təxminən 10 giqavatlıq yaşıl enerji potensialına malik olduğu bildirilir. Hazırda bu istiqamətdə mühüm layihələr icra olunur.
Prezident çıxışında onu da qeyd etdi ki, düzgün enerji siyasəti təkcə Azərbaycanın enerji təhlükəsizliyini təmin etmir, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir. Azərbaycan istehsalçı, istehlakçı və tranzit ölkələr arasında etibarlı əməkdaşlıq körpüsü rolunu oynayır".
Elman Nəsirov forumun beynəlxalq əhəmiyyətinə də diqqət çəkib:
"Tədbirin diqqətçəkən məqamlarından biri də ABŞ Prezidenti Donald Trampın iştirakçılara ünvanladığı təbrik məktubu oldu. Prezident İlham Əliyev çıxışı zamanı bu məktuba görə təşəkkürünü ifadə etdi. Dövlət başçısı qeyd etdi ki, bəzi dairələr neft və qaz sənayesinə qarşı mənfi rəy formalaşdırmağa çalışsalar da, enerji resursları bu gün də dünya iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalır".
Deputat vurğulayıb ki, Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biridir:
"276 şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq nüfuzunun bariz göstəricisidir. Azərbaycan təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerjiyə keçidi təşviq edən və multikultural dəyərlərə sadiq dövlət kimi tanınır.
Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti 5 faizdən aşağıdır. Valyuta ehtiyatları isə xarici borcu dəfələrlə üstələyir. Ölkənin beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya reytinqinə malik olması xarici investorların Azərbaycana marağını artırır. Bütün bunlar həyata keçirilən uğurlu iqtisadi və enerji siyasətinin nəticəsidir".
Şahanə Ziyad

Siyasi       Tarix: 02 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe futbol xeberleri iqtisadiyyat xeberleri bugun xeberler bu gun